Icma.az
close
up
RU
“Bunun həyata keçirilməsi Azərbaycan reallığında mümkün deyil”

“Bunun həyata keçirilməsi Azərbaycan reallığında mümkün deyil”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Mövcud normativlərə əməl olunması təmin edilməlidir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, birmənalı şəkildə yaşayış binalarının istilik və su təchizatı istilik yüklərinə uyğun olaraq qazanxanalar vasitəsilə yerinə yetirilməlidir: “Müstəsna halda qazanxanalar tikilir. Düzdür, bunun obyektiv səbəbləri var, amma ən azından qanunvericilik aktları qazanxanaların tikilməsini məcburi sayır. Binanın mütləq istilik təchizatı layihəsi olmalıdır.

2005-ci ildə NK büdcədən maliyyələşən təşkilatlarla bağlı sərəncam verib. Belə ki, büdcədən maliyyələşən təşkilatların, məktəb, bağça, səhiyyə ilə bağlı inzibati bina tikilərsə, mərkəzi istilik sistemi mütləq nəzərə alınmalıdır və bunun layihəsi mütləq qaydada təmənnasız olaraq “Azəristiliktəchizat”la razılaşdırılmalıdır”.

İlham Mirzəliyev qeyd edib ki, bu gün mənzillərdəki istilik sistemlərinin sayğaclaşdırılması texniki cəhətdən mümkün deyil: “Bu məqsədlə bütün mənzillərin otaqlarındakı batareyaların üzərinə xüsusi qurğular - “datçik”lər yerləşdirilməlidir. Bu, kifayət qədər bahalıdır. Bunun həyata keçirilməsi Azərbaycan reallığında mümkün deyil. Buna görə də biz binaya verilən enerji sərfiyyatını dəqiqləşdirmək üçün mənzillərə deyil, binaya sayğac qoyulmasını təklif etdik. Bununla binaya verilən enerjinin miqdarı mənzillərin sayına uyğun olaraq bölünəcək və onun həcmi müəyyən ediləcək”.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Aprel 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri