Icma.az
close
up
RU
“Bunun üçün Ukraynaya Rusiyadan üç dəfə çox canlı qüvvə lazımdır” “Kiyev bütün ərazisini azad etmək fikrindən əl çəkməlidir” AzPolitika onlayn siyasiictimai qəzet

“Bunun üçün Ukraynaya Rusiyadan üç dəfə çox canlı qüvvə lazımdır” “Kiyev bütün ərazisini azad etmək fikrindən əl çəkməlidir” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Krımı və ya Donbası işğaldan azad etmək üçün Ukraynaya Rusiyadan təxminən üç dəfə çox döyüşə hazır qüvvələr lazımdır”.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin məşhur“Foreign Affairs” jurnalının köşə yazarı Riçard Hassın qələmə aldığı məqalədə bildirilir.

Müəllifin fikrincə, Ukrayna və müttəfiqləri işğal olunmuş ərazilərin tam azad edilməsinin və 1991-ci il sərhədlərinə qayıtmağın mümkünsüz olduğunu qəbul etməlidirlər.

“Vaşinqton müharibənin qəddar reallığını qəbul etməli və daha ağlabatan nəticə ilə güzəştə getməlidir. Düşnürəm ki, ABŞ daha çox Kiyevin suverenliyinin və müstəqilliyinin qorunub saxlanması, onun istədiyi ittifaq və ittifaqlara girmək azadlığı kimi məsələlər üzərində iş aparmalıdır. Kiyev də bütün ərazisini azad etmək fikrindən əl çəkməlidir. Birləşmiş Ştatlar və müttəfiqləri Kiyevi Kremllə danışıqlara məcbur etmək yönümlü addım atmalıdırlar. Əlbəttə, bunu necə edəcəklərinə dair aydın təsəvvürləri də olmalıdır”, -deyə Hass qeyd edib.

Məqalədə qeyd olunur ki, bu, hərbi əməliyyatları dayandırmaq,  Ukraynanı müstəqil ölkə kimi qorumaq və həm Ukrayna, həm də bütün dünya üçün ağır nəticələrdən qaçmaq imkanı verən yeganə yoldur.


Hass Kiyevin 1991-ci il sərhədlərinə qayıtmağının hərbi baxımdan mümkünsüz olduğunu bildirib. O, fikrini belə əsaslandırıb ki, Rusiya ilə Ukrayna arasında hərbçi və texnika fərqi olduqca böyükdür: “Ukraynanın Rusiyanı Donbass və Krımdan çıxarmaq üçün Moskvadan təxminən üç dəfə çox canlı qüvvəyə ehtiyacı var. Reallıq isə budur ki, Rusiyanın Ukraynadan ən azı üç dəfə çox əhalisi və güclü sənaye bazası var. Bundan əlavə, Rusiya Çin, İran və Şimali Koreyadan silah və texniki yardım alır. Gələcəkdə bu yardımların azalacağını düşünməyə isə hər hansı bir əsas yoxdur.

Ukrayna ordusunun böyük hissəsini yalnız hələ də nəzarət etdiyi əraziləri qorumaq üçün istifadə edir. Qərb tərəfdaşları kömək edir, lakin onların Kiyevə istədiyi hər şeyi vermək üçün kifayət qədər silah və sursat istehsal etmək imkanları yoxdur. ABŞ Ukrayna ilə yanaşı, Tayvanı və İsraili də hərbi baxımdan dəstəkləməlidir. Əlbəttə, Kiyevə daha inkişaf etmiş silahlar verilməi və onların istifadəsi ilə bağlı məhdudiyyətlər aradan götürülməldir. Ancaq qəbul etməliyik ki, Ukraynaya eyni vaxtda nəzarət etdiyi əraziləri müdafiə etməyə, işğal altındakı ərazilərini geri almağa kömək edəcək inqilabi bir silah yoxdur”.

Hass onu da qeyd edib ki, müharibənin davam etməsi Ukraynanı məhvə sürükləyir:“Davam edən münaqişə yenidənqurma işlərinə başlamağı qeyri-mümkün edir. Yəqin ki, çox az adam sökülə bilən strukturlara sərmayə qoymaq istəyəcək. Bu, 500 milyard dollar olacağı proqnozlaşdırılan bərpa xərclərini də artırır. Bundan əlavə, səfərbərliklə bağlı çağırışlar vətəndaşların xaricə kütləvi miqrasiyasına səbəb olur ki, bu, gələcəkdə işçi tapmaq baxımından ciddi problemlə nəticələnə bilər”.

Hass həmçinin qeyd edib ki, Prezident Volodimir Zelenskinin “Qələbə planı” Ukraynanın çoxsaylı problemlərinin öhdəsindən necə gələ biləcəyi ilə bağlı çox az ümid verir. O, sözügedən planın heç bir aydın diplomatik hədəfinin olmadığını düşünür: “Ukraynan tərəfdaşlarının dəstəkləyə biləcəyi heç bir real strategiya təklif etmir. Bu, qələbə planı deyil, müharibənin davam etdirilməsi üçün bir reseptdir. Əgər Kiyevin müttəfiqləri dəstəyi dayandırsa, bu, məğlubiyyət reseptinə çevrilə bilər”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Noyabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri