Icma.az
close
up
RU
Burada selfi çəkən oğlan özünü gözəl qızlara sevdirə bilməz...

Burada selfi çəkən oğlan özünü gözəl qızlara sevdirə bilməz...

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

O vaxtlar rayondan qayıdanda kəndimizin ilk evinin qarşısında uzanan yekə boz iti görərdim. Sıx tüklü nəhəng it düz yolun qırağında tirlənərdi. Traktorlar, DT-74-lər, “Ural”lar keçərdi o yoldan. Yanından ötüb keçən uğultulu Sovet mühərriklərinə gözünün qırağıyla da baxmazdı boz köpək. İlk dəfə görən, ölü bilərdi... 

Qəribə səslənsə də, kəndimiz o itdən başlayırdı və bu qaradinməz, amma nəhəng it çox gözəl nəsnələrin simvolu, xəbərçisi idi. Sakit, qışqırmayan bir xəbər… Qusarın özü kimi sərin bir informasiya…

Kəndimizin bütün məhəllələrində axşamüstülər bariton səslə astadan danışan, bir-birinin uzun hekayətlərini çomaqlarıyla yerdə cızıq çəkə-çəkə dinləyən tənbəki qoxulu qocalar görünərdi. O səslə oxusaydılar, bəlkə də dünyanın ən böyük səhnələrində olardılar, ancaq onlar oxumurdular, o səslə nəvələrinə nəsihət verərdilər, o səslə atlarının döşlərini sığallayardılar. Kəndin bütün gözəlliklərinə həmin bariton səslə pıçıldayardılar…

Məndən 53 yaş böyük atamla getdiyim belə təmkinli mərəkələrdə həmin kişilərin yanında böyümüşəm. Hələ futbol meydançasından kəndin hər yanına yayılan uşaq çığırışları mənim üçün sehrlənməmişdi, hələ o xallı qızın adı ilıq gəlmirdi mənə - həmin vaxtlar nə qədər balaca olsam da, balıq soyuqluğu ilə qocaları dinləyə bilirdim.

Onların söhbətlərinə qulaq asdıqca yoldan kişili-qadınlı xeyli adam keçirdi. Həmin bariton səslə keçənlərin salamlarını alar, eyni yerdən söhbətə davam edər, keçənin dalınca belə baxmazdılar. Keçən adamlardan heç danışmazdılar. Bircə dəfə danışdılar, dedilər, filankəsin oğlu sağsağan kimidir.

Sağsağan kimi…

Evə qayıdanda atamdan soruşdum ki, sağsağan kimi olmaq nə deməkdir? Atam dedi, sağsağan tez-tez sağa-sola, arxaya baxır. Kişi düz qabağına baxar, çağıran olmasa, yıxılan olmasa, o yan-bu yana dönməz. O gündən gözümdə bölgü yarandı: kişilər və sağsağanlar…

Bir zamanlar kəndimizin ilk evi olan - yadımda tərpənməz boz itin sahibinin evi kimi qalan həmin qapıdan keçdim dünən. İndi ora kəndimizin ilk evi deyil. 

Qapının qabağında sandıq tulası oturmuşdu, məni görüb darvazaya sığındı, hər ehtimala iki-üç ağız hürdü.

Kəndimizin işıqları çox zəifdir. 

Bütün rəngli oğulları Bakıya, başqa ölkələrə gedir... 

Kənd axtalanır... Kəndin geni dəyişir.

Sağlam insanları aparan iki nəsnə var; müharibə və pul...

Bu gün kəndlərdə pul yoxdu deyə həyatını daha sağlam və sevimli yaşamaq istəyən gəncləri pul şəhərlərə çəkir…

Smartfon ekranlarından kəndlərimizə axan gəlişixoş rənglər, işıqlar diribaş gəncləri şəhərlərə tələsdirir. Hər evin kənddə qalan oğlu - nə qədər ağır olsa da, fərsizidir... Təbii, kəndi seçən tək-tük sanlı oğlanlar da var, bu, istisnadır və istisna XXI əsrdə də reallığı dəyişə bilmir. Reallıq budur ki, kəndlərdə Qıratlar yox, Düratlar qalır....

Yaşar Kamal demişkən:

“O iyi insanlar o güzel atlara binip çekip gittiler...” 

Kəndlərdə növbəti nəsil Düratlardan törənir. Ağsaqqal institutundan asılı kəndlərdə ağsaqqal yoxdur. 

Biz isə yenə də sözü ağsaqqala veririk. Ağsaqqal yoxdu... Ağsaqqal şəhərdədir…

Ağsaqqallar o gözəl saqqallarını düzəkli hamam güzgülərinin qarşısında qırxırlar… 

Kəndimizin - meşəmizin, bulağımızın, çayımızın, meyvəmizin, heyvanlarımızın, bostanlarımızın sahibi isə kəndlərdə qalan Düratlardır… Kəndimizin gələcəyi sağlam əllərdə deyil. 

Kənddəyəm... Düşünürəm... Səbəblərdən ən əsası özümüzün kəndlərə münasibətidir... 

Məsələn, az əvvəl dedim, kəndlərdə işıq zəifdir. Nə qədər güclü lampa alsan da, otağın divarları süd kimi işıqlanmır. Bu közərən divarlara arxa çevirib selfi çəkən gənc oğlan özünü gözəl qızlara sevdirə bilməz. O, nə etsə də, şəhərin əlvan işıqlarında çəkilən şəkillərə uduzacaq...

Azərişıqların, azəriqazların, azərsuların kəndə ögey münasibəti bitməyincə, kəndlərdə gedən bu genetik axtalanma da durmayacaq. 

Bu gün dünyanın ən rahat işi müqayisədir. İndi hər şeyin ən parıltılısı Bakıdadır… Bircə şəkillə, bir video ilə fərqlənmələr sayəsində talelər, qədərlər dəyişir.

Düratların çapdığı kəndlər isə yüksək sürətlə geridə qalır.

Bəlkə də bu, bir laübalı prosesdir, bəlkə də dünya da bu yolu keçib, əvvəlcə kəndlər boşalıb, sonra daha dəyərli insanlarla dolub… 
Xülasə, kəndin hazırkı durumu kədərlidir… 

Uzun yuxulara gedən boz itlər, uzun yollar çapan Qıratlar, uzun-uzun önünə baxan kişiləri geri qaytara biləcəyikmi? Yoxsa sabahın dünyası elə sağsağanların, sandıq tulalarının, Düratların dünyasıdır?

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri