Icma.az
close
up
RU
Buraxılış imtahanında maksimum nəticə əldə edənlər çox olacaq

Buraxılış imtahanında maksimum nəticə əldə edənlər çox olacaq

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

“Dünən keçirilən buraxılış imtahanlarının ilkin təhlili zamanı gördük ki, Azərbaycan dili və xarici dil fənnindən orta və yüksək cavablar yaza biliblər”

Bu barədə Modern.az-a açıqlamasında elm və təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, abituriyentlər riyaziyyat fənnindən test tapşırıqlarını cavablandıran zaman problemlərlə qarşılaşıblar:

“Bunun bir neçə səbəbi var. Birincisi proses hələ başa çatmamış mart ayında imtahanların keçirilməsi şagirdlərin bütün diqqətini məhz imtahan prosesinə yönəltməyə mane olur. İkincisi də xarici dil fənni ilə bağlı təqdim edilmiş test tapşırığının cavablandırılmasında abituriyentlər əziyyət çəki. Azərbaycan dili fənnindən olan test sualının cavablandırılması da abituriyentlərimizə müəyyən qədər problem yaradıb. Belə ki, imtahandakı cümlələrin şagirdlər tərəfindən anlaşılmasında ciddi çətinliklər var idi. Ümumilikdə sualların çətinlik səviyyəsinə görə, imtahanda asan və orta tipli suallar ümumi test tapşırıqlarının 80%-i təşkil edirdi. Daha hazırlıqlı abituriyentləri müəyyənləşdirmək üçün 20% çətin suallar var idi. Onlar ən çox riyaziyyat fənnindən idi. Həmçinin Azərbaycan dilindən qrammatika üzrə test tapşırıqları müəyyən qədər çətinliklər törədib”.

Ekspert bildirib ki, suallar arasında mübahisəli test tapşırıqları da olub:

“Məsələn Azərbaycan dili fənnindən mübahisəli test tapşırığı təqdim edilmişdi. Mən hesab edirəm ki, bu suallar mütəxəssislərlə müzakirə olunmalıdır. Çox təəssüflər olsun ki, DİM həmişə dominant mövqedədir, yuxarıdan aşağı baxır. Qurum hesab edir ki, hər şeydə hamıdan çox bilir amma elə deyil. Azərbaycanda imtahan keçirən alternativ qurum olmadığı üçün belə hallar yaşanır. Düzdür DİM-in imtahanları şəffaf və əlçatandır, amma müəyyən qədər ədalət prinsipini pozur. Təqdim edilən test tapşırıqları daha çox ingilisdilli orta ümumi təhsil müəssisələrinin şagirdləri üçün hazırlanmış suallar idi. Məsələn Neftçalanın hansısa kəndində olan şagird bu test tapşırıqlarına cava verməyə əziyyət çəkər. İmtahan o zaman ədalətli olur ki, bütün ölkə ərazisindəki şagirdlərin ortaq bilik və bacarıqlarının suallar salınsın”.

“Bu il də maksimum nəticə əldə edənlər çox olacaq. Çox təəssüflər olsun ki, DİM imtahan suallarını süni şəkildə asanlaşdırır və çətinləşdirir. Maksimum bal toplayanların artması bir ildə Azərbaycan təhsilinin inkişaf etməsi deməkdir. Bu da süni manipulyasiyadan başqa bir şey deyil”- K.Əsədov bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri