Icma.az
close
up
RU
“Burger King” maaşımızı vermir” Şikayət

“Burger King” maaşımızı vermir” Şikayət

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Burger King” restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı Musavat.com-a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib.

Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlayn rejimə keçirməsindən sonra yarandığını bildirirlər. İddialara görə, həmin vaxt rəhbərlik maliyyə çətinliklərinin olduğunu və problemin zamanla həll ediləcəyini deyib. Keçmiş işçilərin sözlərinə görə, daha sonra restoran şəbəkəsinin rəhbərliyi dəyişib. Yeni rəhbərlik əvvəlki dövrdən qalan borclara görə məsuliyyət daşımadığını bildirib və alacağı olan bir sıra əməkdaş işdən çıxarılıb.

Musavat.com-a müraciət edən keçmiş əməkdaş Rüfət Əlimərdanov Zəfər oğlu bildirib ki, onun təxminən 12 400 manat əməkhaqqı alacağı qalıb. “Şirkət başqa bir sahibkara keçəndə bizi işdən çıxardılar. Həmin dövrdə mənim 9 ay ərzində yığılan əməkhaqqım qaldı. Halbuki qanuni şəkildə işləyirdim, sistemdə adım və qeydiyyatım var idi. Həmin 9 aylıq əməkhaqqım artıq 4 ilə yaxındır ki, ödənilmir”, – deyə şikayətçi bildirib.

Onun sözlərinə görə, keçmiş işçilər məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyinə və digər dövlət qurumlarına müraciət etsələr də, nəticədə pullarını ala bilməyiblər: “Dövlət Əmək Müfəttişliyinə müraciət etmişik. Bizdən ərizə alırlar və həmin şəxsi cərimələyirlər. Amma cərimə tətbiq olunsa da, pul bizə gəlib çatmır. Həmin şəxs də hələ də borcunu ödəməyib. Deyir ki, “Mən şəbəkəni satmışam, hələ mənə pul ödəmirlər. Ona görə də sizin maaşınızı ödəyə bilmirəm”.

Dövlət qurumlarının müxtəlif instansiyalarına da müraciət etmişik. Amma indiyədək pulumuzu ala bilmirik”, – deyə Rüfət Əlimərdanov bildirib. Şikayətçinin sözlərinə görə, hazırda 30-35 keçmiş əməkdaşın müxtəlif məbləğlərdə əməkhaqqı alacağı qalıb. “İşlədiyimiz dövrdə əməkhaqqı bəzən 2-3 ay yığılırdı. İşin necə getdiyini dəqiq bilmirdik, bizə deyirdilər ki, ödənişlər ediləcək. Beləliklə, borc aylar ərzində yığıldı. Nəhayət, restoran bağlandı və bizim əməkhaqlarımız da ödənilmədi”, – deyə o qeyd edib.

Rüfət Əlimərdanov həmin dövrdə restoranın rəhbərinin Abbas Mirzəyev olduğunu bildirib. Onun sözlərinə görə, daha sonra şirkət başqa sahibkara keçib. Şikayətçi yeni rəhbərliyin kim olduğunu bilmədiyini, həmin şəxslə heç görüşmədiyini deyib. “Mən bildiyimə görə, şirkət daha sonra “KFC” restoranlar şəbəkəsinin tərkibinə keçib. Yeni rəhbərliklə isə heç görüşməmişik. Onun adını bilmirəm, görməmişəm. Ona görə də həmin rəhbərlik barədə dəqiq nəsə deyə bilmərəm”, – deyə o bildirib.

Keçmiş əməkdaşın sözlərinə görə, restoran bağlandıqdan sonra işçilərin yeni açılan restoranlarda işlə təmin olunacağı bildirilsə də, bu da baş verməyib. Rüfət Əlimərdanov keçmiş rəhbər Abbas Mirzəyevlə hazırda da əlaqə saxladığını və borcun ödənilməsi ilə bağlı vaxtaşırı müraciət etdiyini deyib.

“Abbas Mirzəyevlə əlaqə saxlayıram. Arada ona vəziyyətimizi və borcumuzu xatırladırıq. O da ayda bir dəfə 50 və ya 100 manat göndərir və deyir ki, “Bundan başqa imkanım yoxdur”. Mənim hesablamama görə, mənə 12 400 manata yaxın pul ödənilməlidir. Digər işçilərin də alacaqlarını nəzərə alsaq, söhbət kifayət qədər böyük məbləğdən gedir. Mən orada menecer vəzifəsində çalışmışam. Məndən daha yüksək vəzifədə olan əməkdaşlar da var. Onların bəzilərinin 15-16 min, bəzilərinin 7 min, digərlərinin isə 3-4 min manat civarında alacağı qalıb”, – deyə o bildirib.

Şikayətçi əmək münasibətlərinin rəsmi şəkildə rəsmiləşdirildiyini, lakin sosial ödənişlərlə bağlı da problem yarandığını iddia edib.

“Burger King” restoranlar şəbəkəsinin, eləcə də adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Sentyabr 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri