Icma.az
close
up
RU
Burun əməliyyatında ölüm hallarına görə ikinci dəfə həbs olunan məşhur cərrahın məhkəməsi: “Bəlkə orada olsaydım...”

Burun əməliyyatında ölüm hallarına görə ikinci dəfə həbs olunan məşhur cərrahın məhkəməsi: “Bəlkə orada olsaydım...”

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda gənc qadının burun əməliyyatından ölməsinə görə həbs olunan estetik cərrah Sənan Mehdiyevin məhkəməsi başlayıb. Onun işinə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayeva baxır.

Bizimyol.info xəbər verir ki, iyunun 20-də keçirilən məhkəmə prosesində Sənan Mehdiyev və onun vəkili istintaqdan narazılıq edib. Hətta vəkil Nəsimi Rayon Prokurorluğunda bu cinayət işi üzrə istintaqı aparmış müstəntiqin məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, iş materiallarında olan və Sənan Mehdiyevin adından imzalanmış sənədlərdəki imzalar əslində, ona aid deyil. Müdafiəçi daha bir vəsatət qaldırıb ki, xətşünaslıq ekspertizası keçirilsin, həmin imzaların Sənan Mehdiyevə aid olub-olmadığı müəyyənləşdirilsin.

Vəkil həmçinin məhkəmənin Səhiyyə Nazirliyinə və TƏBİB-ə zərərçəkmiş Nəzrin Mansurlu ilə bağlı sorğu göndərilməsi barədə də vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, Nəzrin Mansurlu özünü pis hiss edəndə çağrılan həkim ona müəyyən dərmanlar versə də, bununla bağlı heç bir sənədləşmə aparmayıb. Vəkilin sözlərinə görə, onlar müdafiə tərəfi olaraq, bu məsələlərin aydınlaşdırılması üçün Səhiyyə Nazirliyi və TƏBİB-ə sorğu göndərsələr də, cavab ala bilməyiblər. Bu səbəbdən də məhkəmənin eyni məsələ ilə əlaqədar sorğu verib, cavab almasını istəyirlər.

Hakim Solmaz Mustafayeva sorğuların verilməsi barədə vəsatəti təmin edib. Lakin müstəntiqin dindirilməsi, imzalarla bağlı ekspertizanın keçirilməsi barədə vəsatətlər hələlik baxılmamış saxlanılıb.

Daha sonra məhkəmə istintaqının başlandığı elan edilib və prokuror ittiham aktını elan edib. İttihama əsasən, 2025-ci il yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində (metronun “20 Yanvar” stansiyasının yaxınlığında) yerləşən “Mərcan Medicare” klinikasında plastik cərrah Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun vəziyyəti ağırlaşıb. Nəticədə o, yanvarın 12-də dünyasını dəyişib. Ekspertizanın rəyinə görə, onun ölümünə əməliyyat zamanı burun, alın, xəlbir sümüklərini sındırılması səbəb olub.

Buna görə də Sənan Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq -ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama münasibət bildirən həkim Sənan Mehdiyev özünü təqsirli bilməyib. O, məhkəmədə bildirib ki, Nəzrin Mansurluya burunda çəpər əyriliyi diaqnozu qoyulmuşdu və o, əməliyyat üçün onun yanına gəlmişdi. Təqsirləndirilən həkim qeyd edib ki, istər əməliyyat üçün müraciət edəndə, istərsə də əməliyyat başa çatanda Nəzrin Mansurlunun yanında qohumlarından heç kim olmayıb. Lakin əməliyyatdan sonra bir neçə dəfə onun ailə üzvlərilə, həyat yoldaşı ilə danışıb.

“Fərid bəy mənə Nəzrində başağrısı olduğunu dedi, bildirdi ki, çox yatır. Bu hallar əməliyyat keçirən xəstələrin çoxunda rast gəlinir. Ona görə normal qarşıladım. Məsləhət gördüm ki, yatıb dincəlsin. Mənə onun pis olduğu digər məqamları da desəydilər, əlbəttə ki, fərqli davranardım”, - Sənan Mehdiyev bildirib.

O, əlavə edib ki, 2002-ci ildə Azərbaycan Tibb Universitetini bitirib, müxtəlif xarici ölkələrdə, o cümlədən Türkiyə və Almaniyada ixtisas artırma kurslarında iştirak edib, sertifikatlar alıb.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində Nəzrin Mansurlunun həyat yoldaşı Fərid Mansurlu iştirak edir. O bildirib ki, həyat yoldaşının vəziyyəti ilə əlaqədar onlarla Sənan Mehdiyev yox, onun köməkçisi əlaqə saxlayıb. Onun sözlərinə görə, Sənan Mehdiyev yalnız yanvarın 5-də onlarla telefonla danışıb: “O vaxta qədər ancaq köməkçisi əlaqə saxlayırdı”.

Sənan Mehdiyev zərərçəkmiş tərəfdən üzr istəyib: “Bəlkə də gəlib yanında olsaydım, belə olmazdı. Buna görə üzr istəyirəm”.

Sənan Mehdiyevin işi üzrə növbəti məhkəmə prosesi iyunun 30-na təyin edilib.

Qeyd edək ki, həkim Sənan Mehdiyev burun əməliyyatına görə ikinci dəfə cinayət məsuliyyətinə cəlb olunur. O, birinci dəfə 2015-ci ildə “StarMed” klinikasında əməliyyat zamanı dünyasını dəyişən Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi, 18 yaşlı Leyla Mürsəlovanın ölümünə görə cəzalandırılmışdı. Həmin vaxt da Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2 maddəsi ilə təqsirləndirilsə də, həbs olunmamışdı. Daha doğrusu, cəmi bir həftə həbsdə qalandan sonra ev dustaqlığına buraxılmış, hökmdə də ona alternativ cəza verilmişdi.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 İyun 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri