Icma.az
close
up
RU
Bürünc medallı yarımmüdafiəçi

Bürünc medallı yarımmüdafiəçi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

59 il əvvəlin unudulmaz payızı

Stajlı azarkeşlər bilirlər, “Neftçi”nin SSRİ çempionatlarında ən böyük uğurundan artıq 59 il ötür. Gələn il noyabrın 30-da çoxminli idman ictimaiyyətimiz Azərbaycan futbolunun ovaxtkı flaqmanının 1966-cı ildə qazandığı bürünc medalların 60 illiyini həmin komandaya böyük məhəbbətlə xatırlayacaq.

“Xalq qəzeti” ölkə çempionatlarında çıxışlarının bütün tarixi ərzində kəskin rəqabətdə 1966-cı ildəki nailiyyəti ilə futbolumuzun tarixinə unudulmaz səhifə yazmış bürünc komandanın baş məşqçisi Əhməd Ələsgərov, əfsanəvi Anatoli Banişevski, Kazbek Tuayev, Yaşar Babayev, Mübariz Zeynalov, Valeri Hacıyev, Sergey Kramarenko və başqaları haqqında ayrı-ayrı yazılarla artıq çıxış edib. Bu gün isə bürünc medallı daha bir futbolçumuzdan söhbət açacağıq.

Diqqətinizə çatdırdığımız foto 1967-ci ildə keçirilmiş 29-cu SSRİ çempionatında lentə alınıb. Onda da indiki kimi, payız idi. Bundan bir il əvvəl bürünc medal sevinci yaşamış “Neftçi” futbolçuları indi doğma azarkeşlər qarşısında mövsümün son oyunlarından birində Leninqradın (hazırda Sankt-Peterburq) “Zenit” kollektivini qəbul edirdilər.

Noyabrın 8-də çəkilmiş fotoda bakılıların yarımmüdafiəçisi Aleksandr Trofimovun qonaqların qapıçısı ilə təkbətək çıxdığı an əks olunub. Həmin epizodda qapıçı cəsarətli oyunu ilə təhlükəni sovuşdurmağı bacarıb. Aleksandr isə təbii ki, məyus olub.

Hadisələrin gedişinin göstərdiyi kimi, bu ötəri məyusluq idi. Tamaşaçıların maraqla izlədiyi oyunda Trofimov, Banişevski, Tuayev, Hacıyev, Zeynalov, Kramarenko, Boqdanov və onların oyundaşları Respublika stadionunun tribunalarına toplaşan 25 min azarkeşi inamlı qələbə ilə sevindirdilər. Mübarizin iki dəqiq zərbəsi və Hacıyevin penalti ilə vurduğu qol “Zenit”i ağır məğlubiyyətlə barışmağa məcbur etdi. Sevimli komandalarının qələbəsini ürəkdən alqışlayan azarkeşlər xoşbəxt idilər. Onlar rəqib qapısında 3 cavabsız qol görmüşdülər.

Statistikaya görə, SSRİ idman ustası Aleksandr Trofimov (2002-ci ildə 65 yaşında vəfat edib–O.B.) 1961–1969-cu illərdə SSRİ çempionatlarının güclülər dəstəsində “Neftçi”nin heyətində 257 oyunda meydana çıxıb və 9 qolun müəllifi olub. Futbol ictimaiyyətimizin yaşlı nümayəndələri təsdiqləyə bilərlər ki, Trofimov orta xətdə Hacıyev, Anatoli Qryazev və digər oyundaşları kimi məşqçilərin etimadını doğruldub. O, həmişə komandanın hücumlarının təşkilində mühüm rol oynayıb, arxa xətt oyunçularına da yaxından kömək göstərib.

Artıq qeyd etdiyimiz kimi, A.Trofimovun futbol həyatında ən böyük nailiyyət komandanın tarixində Sovet İttifaqı çempionatlarında qazanılmış ilk və yeganə mükafat–bürünc medal olub. 59 il əvvəl soyuq payız axşamında, noyabrın sonuncu günü “Neftçi”nin uğuru onun pərəstişkarlarının həmişə həsrətlə gözlədiyi tarixi hadisə idi. Həmin gün Moskvanın “Spartak” komandası üzərində parlaq qələbədən (3:0) və bürünc medalların taleyi bizim xeyrimizə həll olunduqdan dərhal sonra “Azərbaycan bədən tərbiyəçisi” qəzetinin əməkdaşları elə yaşıl meydançanın kənarında futbolçularımızın hamısına eyni bir sualla müraciət etmişdilər: “İndi özünüzü necə hiss edirsiniz?”.

Onda A.Trofimovun cavabı belə olmuşdu: “Mən həm ailə haqqında, həm matç haqqında, bir qədər də medal haqqında düşünürdüm. Qəribə işdir, meydançada yorğunluq məni əldən salmışdı. İndi isə özümü çox yüngül hiss edirəm. Və evə tələsirəm”.

Azərbaycan futbolunun yetirməsi, SSRİ çempionatları görüşlərində inamlı oyunu ilə həmişə diqqət mərkəzində olmuş Aleksandr Trofimov komandası və ictimaiyyət arasında yüksək nüfuz sahibi idi. Onun hər oyunda qüvvəsini əsirgəmədən, can-başla mübarizə apardığını hamımız dəfələrlə görmüş və yorulmadan alqışlamışdıq...

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:315
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri