“Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik” Leyla Quliyeva
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qan yaddaşı, əcdadlarımızın çağırışı deyilən bir çox vacib amil var. O əminlik, o doğma diyarlar, o doğma daşlar ora qayıdan hər bir soydaşımıza inamla, əzmlə yaşamaq üçün güc olacaq. Qanımız, canımız qədər əziz olan torpağa qədəm qoyduq. Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”.
Moderator.az xəbər verir ki, bunu Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Quliyeva işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı fikirlərini bölüşərkən deyib.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır.
Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Quliyevanın iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 28 Noyabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















