Bütün gəmilərin təhlükəsizliyi bizim üçün vacibdir Ərdoğan
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qara dənizdə təkcə Türkiyə bayrağı altında üzən və ya Türkiyə müəssisələri tərəfindən idarə olunan gəmilər deyil, bütün mülki dəniz nəqliyyatının təhlükəsizliyi bizim üçün vacibdir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna müharibəsindən təsir görən gəmilər haqda danışarkən bildirib.
“Tərəflər arasındakı münaqişə mülki şəxslərin və ticari həyatı təhlükə altına salan bir nöqtəyə çatmamalıdır.
Bu səbəblərə görə biz daha geniş perspektivdən hərəkət edirik. Vurulan zərər artdığı üçün bu problemi həll etməliyik. Qara dənizdə kommersiya dəniz nəqliyyatının təhlükəsizliyini daimi olaraq təmin edəcək bir mexanizmə ehtiyac var.
Xüsusilə Afrikada taxıl böhranının yenidən artdığını açıq şəkildə bildirmək istərdim. Problem daha da böyümədən təşəbbüs göstərmək faydalı olardı", - deyə Ərdoğan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 02 Sentyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















