Bütün rekordları qıracaq: +37 dərəcəyə qədər istilik dalğaları YAXINLAŞIR
News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand ölkənin Asiya hissəsində ciddi istilik dalğasının yaxınlaşdığını açıqlayıb.
News24.az xəbər verir ki, yaxın günlərdə Sibir və Uzaq Şərq bölgələrində havanın normadan kəskin şəkildə isti keçəcəyi gözlənilir.
Proqnozlara əsasən, Tomsk, Omsk və Novosibirsk vilayətlərində temperatur +30...+34°C, Altay və Kemerovo bölgələrində isə +35°C-yə qədər yüksələcək. Ən ağır vəziyyət isə Tıva Respublikasında olacaq. Burada kölgədə belə +37°C müşahidə ediləcək.
İstilik dalğası Krasnoyarsk, İrkutsk, Buryatiya və Transbaikaliya kimi geniş əraziləri əhatə edəcək. Meteoroloqlar bildirirlər ki, bu temperatur göstəriciləri mövsümi iqlim normasını xeyli üstələyir və bölgələr üçün ciddi risk yaradır.
Hazırda bu anomal istilərdən yayınan yeganə bölgə Tatarıstandır. Burada Atlantik siklonlarının təsiri ilə +25°C ətrafında sərin və yağışlı hava şəraiti gözlənilir. Müvafiq qurumlar sakinləri istilərdən qorunmaq üçün əlavə tədbirlər görməyə çağırır.
Aqil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 09 İyul 2025 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















