Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Bütün teatrların əvvəli Kukla Teatrı ilə bağlıdır Müşfiq Elmanoğlu

Bütün teatrların əvvəli Kukla Teatrı ilə bağlıdır Müşfiq Elmanoğlu

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müsahibimiz A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının rejissoru, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Müşfiq Elmanoğludur (Əliyev). Kukla Teatrının 95 illik yubileyi ərəfəsində Müşfiq bəylə bu teatrın spesifik xüsusiyyətləri, onun rejissor yaradıcılığı və uşaq dramaturgiyasının aktual məsələləri haqqında geniş söhbət etdik:

- Müşviq bəy, sizi aktyor kimi Gənc Tamaşaçılar teatrında tanımışıq, bəs sizi məhz kukla teatrı rejissorluğuna gətirən nə oldu?

- Teatra ilk gəlişim 1998-ci ildə Milli Gənc Tamaşaçılar Teatrı ilə olub. 2002-ci ildə Şuşa Dövlət Musiqili Dram Teatrında aktyor kimi fəaliyyətə başladım. 2007-ci ildən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoruyam. 2024-cü ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu ixtisasını bitirdikdən sonra hörmətli Rəşad müəllimin dəvəti ilə Kukla Teatrında rejissor kimi çalışmağa başladım. Peşəkar rejissor kimi fəaliyyətim Kukla Teatrı ilə bağlıdır.

Bütün teatrların əvvəli Kukla Teatrı ilə bağlıdır. Tamaşaçıların ilk qədəmləri məhz bu teatrla başlayır. Bu teatr bir növ digər teatrlar üçün tamaşaçı yetişdirir. Yəni mənim üçün ana teatr məhz Kukla Teatrıdır. Ona görə də mənim üçün bu teatr çox önəmlidir.

- Kukla teatrında rejissor kimi çalışmaq digər teatrlarla müqayisədə hansı əlavə məsuliyyət və yaradıcılıq imkanları yaradır?

- Kukla Teatrının öz spesifikası var. Digər teatrlarda sən canlı insanlarla- aktyorlarla işləyirsən, onlara nə desən, onu da alacaqsan. Amma burada bizim obrazlarımız kuklalardır. O kuklalar o qədər dəqiq işlənməlidir ki, bütün mizanlara, bütün situasiyalara cavab versin. Burada aktyora dediyini aktyor kuklanın üzərinə köçürüb icra etməlidir. Əgər onu köçürə bilməsə, o tamaşa alınmır. Kukla Teatrında işləyən aktyorların üstünlüyü də odur ki, onlar digər teatrlarda oynaya bilirlər, dublyaja gedirlər, çəkilişlərin öhdəsindən gəlirlər. Onunla paralel həm də kuklayla işləməyin peşəkarıdırlar. Amma digər teatrların aktyorları bunu bacarmırlar. Kukla teatrının üstünlüyü də budur.

- Bu günün uşaqları əvvəlki nəsillərlə müqayisədə tamaşaları necə qəbul edir və onların diqqətini səhnədə saxlamaq üçün nələrə diqqət yetirirsiniz?

- Bugünki uşaqlar dinamika, hərəkət istəyirlər. Onlar üçün mətn minimum olmalıdır. Əvvəlki nəsillərin uşaqları bir tamaşaya 1 saat, saat yarım oturub baxırdılarsa, indiki uşaqlar maksimum 45-50 dəqiqə oturub baxa bilirlər. Ona görə Kukla Teatrının formatında da bu nəzərə alınıb ki bir tamaşa 45 dəqiqə olmalıdır. Çünki məktəblərdə bir dərs də 45 dəqiqədir. Yəni mütəxəssislər belə deyirlər ki, bir uşaq təxminən 45 dəqiqə otura bilər. Dinamika olmasa, uşaq o tamaşaya baxmır, darıxır. Bu da bizim işimizi çətinləşdirir. Çünki biz nə qədər dinamika versək də, əsas mətni unuda bilmərik. Müəllifin yazdığını da təmiz silib 3 cümlə saxlaya bilmərik axı. Həmçinin, çalışırıq ki, tamaşalarımızda maarifləndirici fikirlər ötürək. Çünki bu, birbaşa Kukla Teatrının borcudur. O, öz tamaşaları ilə uşaqları maarifləndirməyə xidmət göstərməlidir. Bunu da icra etmək əvvəllər daha asan idi. İndiki uşaqlar əllərində telefon, planşet olan, bütün internet resurslarından istifadə edə bilən nəsildir. Onların marağını cəlb etmək, onları təəccübləndirmək, nəbzini tutmaq ilbəil çətinləşir. Biz isə həm rejissor quruluşu, həm rəssam işi, həm dekorasiya, həm musiqi, həm də aktyor oyunu baxımdan həmişə öz üzərimizdə çalışır, yenilikləri tətbiq edirik ki, uşaqların marağını qoruyub saxlaya bilək.

- Repertuarı formalaşdırarkən klassik nağıllarla müasir mövzular arasında balansı necə qoruyursunuz?

- Bizim repertuarımızda xalq nağıllarımıza üstünlük verilir. Hətta deyərdim ki, xalq nağıllarımızın böyük əksəriyyəti repertuarımızda var. Müasir dramaturgiya baxımından isə çatışmazlıqlar hələ də var. Bu gün müəlliflərimiz nə qədər yaxşı yazmağa çalışsalar da, yenə də baxırsan ki, köhnə nağıllarımızdakı effekt yoxdur. Yəni səhnələşdirmək üçün material vermir. Bu da əsas ondan irəli gəlir ki, indi dramaturqların çoxu teatrı bilmirlər, məşqlərdə iştirak etmirlər. Dramaturq olmaq üçün ilk növbədə teatrı bilmək lazımdır. Köhnə nağıllarımız isə say etibarilə azdır. Hamısını uşaqlar əzbər bilirlər. Onları dəyişmək, müasirləşdirmək, fərqli quruluş irəli sürmək bəzən mümkün olmur, tamaşaçı onu qəbul etmək istəmir. Bu da əlbəttə, işimizi çətinləşdirir.

-Tamaşa hazırlayarkən ilk növbədə nəyi düşünürsünüz: uşağın əylənməsini, tərbiyəsini, yoxsa estetik zövqünün formalaşmasını?

- Mənim üçün uşaq tamaşalarında ən mühüm məsələ maarifləndirməkdir. Uşaq 45 dəqiqə tamaşaya baxdıqdan sonra öz hərəkətində, öz əməlində bircə dənə də olsun nəyisə yaxşıya doğru dəyişirsə, bu mənə kifayət edir. Maarifləndirmək ən vacib şərtdir. Onun içərisində tərbiyələndirmək də var, estetik zövq də, əyləncə də. Teatr qədər zövqü formalaşdıran, uşağın öz gələcəyini qurmağına dəstək olan ikinci bir sənət yoxdur. Biz uşaq olanda məktəblərdə teatr dərnəkləri var idi. Bizi məktəbdən teatrlara aparardılar. Təəssüf ki, indi o dərnəklər yoxdur, məktəb-teatr əlaqələri yoxa çıxıb. Məncə, məktəblərdə digər fənlərlə yanaşı, ən azından həftədə bir dəfə teatr saatı da ayrılmalıdır. Uşaq teatrı məktəbdən tanımağa başlamalı və maraq göstərməlidir. 

- Səhnələşdirdiyiniz tamaşalar arasında sizin üçün xüsusi əhəmiyyət daşıyan əsər hansıdır və niyə?

- "Leylək və müqəvva" tamaşasının adını çəkə bilərəm. Bu tamaşada dostluq, dostluğa sədaqət mövzusundan bəhs edilir. Mən quruluş verərkən əsəri bir qədər dəyişmişəm. Tamaşada tülkü belə yaxşılıq edir. Çünki uşaqlar yenicə cücərən ağacdırlar, onlara mənfi nəsə ötürmək olmaz. Mən çalışıram ki, tamaşalarımda hər zaman uşaqlara müsbət fikirlər ötürüm.

- Rejissor, rəssam və aktyor əməkdaşlığı tamaşanın uğurunda nə qədər rol oynayır?

- Ümumiyyətlə, müəllif, rəssam, bəstəkar, aktyor rejissorun ideyasının ətrafında birləşməlidir. Onlardan biri olmasa, tamaşa alınmaz. Digər əsas məsələ isə düzgün əsərə müraciətdir. Rol bölgüsü tamaşanın yarısı deməkdir. Kukla Teatrında rəssam daha çox önə çıxır. Böyüklər üçün olan tamaşalarda rejissor nəyisə minimalizmlə verib vəziyyətdən çıxa bilir, amma Kukla tamaşalarında bunu etmək mümkün deyil. Səhnə dekorasiyası, kuklaların görünüşü böyük önəm daşıyır. Ona görə də bu teatrda bütün sənət adamları birgə işləyəndə gözəl bir tamaşa ərsəyə gəlir. Hansındasa ən cüzi axsama belə olsa, o, özünü səhnədə göstərir.

- Azərbaycanda ən çox beynəlxalq festivallarda iştirak edən teatrlardan biri məhz Kukla Teatrıdır. Beynəlxalq festivallarda iştirak sizə və teatr kollektivinə hansı yaradıcılıq təcrübələrini qazandırıb?

- Həqiqətən də Kukla Teatrı il ərzində festivallarda iştiraka çox önəm verir və şükürlər olsun ki, hər zaman da festivallardan uğurla qayıdır. Çexov deyirdi ki, festivala, qastrola getməyən teatr teatr deyil. Bəli, festivala getmək yaradıcı insan üçün ən az 6 ay yaxşı mənada paxıllıqla işləmək deməkdir. Yəni festivala gedib başqa ölkələrin teatrlarını, tamaşalarını görürsən və ən az 6 ay beynində bu fikir olur ki, niyə filan ölkənin rejissoru, aktyoru məndən yaxşı olsun? Başlayırsan öz üzərində çox ciddi şəkildə, içindəki o yaxşı mənada paxıllıq duyğusuyla işləməyə.

Həmçinin, festivala gedən teatr getdiyi ölkənin ziyalı təbəqəsinə ölkəmizi təmsil edir. Məncə, teatrlar festivala məcburən göndərilməlidir. Xüsusən, bölgə teatrlarımız da inkişafları naminə festivallara cəlb olunmalıdır. Festival aktyorda yaşamaq və işləmək şövqü yaradır. Bu baxımdan Kukla Teatrı festivallara böyük önəm verir. Həm il ərzində 4-5 və daha çox festivalda iştirak edir, həm də özü festival keçirir.

- Xarici ölkələrdə Azərbaycan kukla sənətinə və milli nağıllarımıza maraq hiss olunurmu?

- Biz gedib İngiltərədə "Hamlet"i oynayıb ingilisi təəccübləndirə bilmərik. Biz onlara öz dramaturgiyamızla, nağıllarımızla maraqlıyıq. Şükür ki, bizim teatrımıza, ölkəmizin mədəniyyətinə, ədəbiyyatına maraq böyükdür. Bu həm də Kukla Teatrının ölkəmizi xarici teatrlarda uğurla təmsil etməsinin bəhrəsidir.

- Sizcə, Azərbaycanda kukla teatrının inkişafı üçün bu gün ən vacib məsələ nədir?

- Təəssüf ki, ölkəmizin teatr və kino ixtisası üzrə kadr hazırlayan əsas ali təhsil ocağı- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kukla aktyoru ixtisası yoxdur. Məncə, əsas çatışmazlıq budur. Çünki ölkəmizdə yetəri qədər kukla teatrları var və onlara peşəkar kadrlar lazımdır. İldə 4-5 nəfər kukla aktyoru məzun olarsa, bu, kukla teatrının inkişafına çox böyük kömək edəcəkdir.

- Hazırda hansı əsər üzərində işləyirsiniz? Kukla Teatrının 95 illik yubileyi yaxınlaşır. Necə hazırlaşırsınız?

- Bəli, yubileyimizin ssenarisi hazırdır, hər kəs öz üzərinə düşən işlərə hazırlaşır və gördüyümüz işlərlə bağlı Teatrımızın direktoru Rəşad Əhmədzadəyə hesabat veririk. Bu yaxınlarda "Quyruqsuz dovşan" tamaşasını təhvil vermişəm. Hazırda isə təzə mövsüm üçün "Danışan gəlincik" adlı əsər üzərində işləyirəm, yəqin ki, premyeramız da elə yubiley zamanına təsadüf edəcək. Düşünürəm ki, o da maraqlı bir əsər olacaq. 

Şahanə MÜŞFİQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri