Icma.az
close
up
RU
Buz altındakı gizli şəhər və ABŞnin yarımçıq qalan layihəsi Qrelandiyada “Buz qurdu” haqqında bilmədiklərimiz Ətraflı KONKRET

Buz altındakı gizli şəhər və ABŞnin yarımçıq qalan layihəsi Qrelandiyada “Buz qurdu” haqqında bilmədiklərimiz Ətraflı KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyanın ən böyük adası Qrenlandiyanın buz örtüyünün tədqiqi gözlənilməz kəşfə səbəb olub. Yeni alətlər sayəsində buzun altında soyuq müharibədən qalma Amerika hərbi bazasının qalıqları ortaya çıxıb.  Əslində, bu, nüvə silahlarının yerləşdirilməsinin planlaşdırıldığı tunellər şəbəkəsi olan kiçik  gizli şəhərdir. Layihə 1960-cı illərin sonlarında dayandırılıb.

30 metr dərinlikdə “Əsrin düşərgəsi”

Bu ilin aprelində NASA təyyarəsi Qrenlandiya üzərində uçaraq ərazinin radar skanını aparıb. Bu üsul alimlərə,  Arktika və Antarktidada buzun qalınlığını müəyyən etməyə kömək edir. Mütəxəssislər görüntüləri araşdırdıqda  soyuq müharibə dövründən qalmış, buzların altında basdırılmış və sonradan tərk edilmiş “şəhər” aşkar edib. “Camp Century” adlanan  hərbi bazanı amerikalılar 1959-cu ildə Qrenlandiyada  buzlaqlar altında tikib. ABŞ hərbçiləri bazanı 1967-ci ildə tərk ediblər və o vaxtdan bəri həmin yer qar və buzla örtülüb. Onun strukturları indi buz təbəqəsinin altında gizlənib. Əvvəlki illərdəki  aparılan tədqiqatlar bazanın yerini aşkar edə bilməyib. Bu ilin aprel ayında NASA alimləri 30 metr dərinlikdə buzun altına girərək daha ətraflı araşdırmalar aparıblar. Onlar yeni elmi cihazlardan istifadə ediblər. Əldə edilən xəritə, konstruksiyaların paralel düzülüşü bazanın planını göstərib. Bu istiqamət  buz altında açılan tunellərə uyğun gəlib. Sorğunu aparan NASA rəsmisi  Çad Qrin bildirib ki, yeni məlumatlar bizə gizli şəhərdəki ayrı-ayrı strukturları  görməyə imkan verir. Alimlər ehtimal edirlər ki, buzların  əriməsi gizli düşərgənin yerini asanlıqla üzə çıxara bilər. Bununla da orada qalan bioloji, kimyəvi və radioaktiv tullantılar aşkar olunar. Tullantıların dənizə düşməsi ABŞ  və Danimarka arasında gərginliyə səbəb ola bilər.

 Buz altındakı mağaza, teatr və  kilsə

“Camp Century” bazası soyuq müharibənin qızğın vaxtında tikilib. Bununla, amerikalılar möhtəşəm “Buz qurdu” layihəsini həyata keçirməyə qərar veriblər. Onlar Qrenlandiyada ümumi uzunluğu 3-4 min km olan tunellər sistemi qurmaq və Sovet İttifaqına yönəlmiş 600 qitələrarası nüvə raketi yerləşdirmək niyyətində idilər. Planlaşdırıldığı kimi, raketlərin yeri daim dəyişməli idi. Bu da onların aşkarlanmasını çətinləşdirəcəkdi. Raketlər qatarlarla daşınmalı idi, bunun üçün tunellər tikilirdi. Bazanın tikintisinə 1959-cu ilin yayında başlanılıb. İsveçrə maşınları qarı yuxarı atan tunel avadanlığı kimi istifadə olunurdu. Amma Qrenlandiya buzlağında tunellər deyil, 9-10 metr dərinlikdə xəndəklər qazılıb və  yuxarıdan dəmir tağlarla örtülmüşdü. 1960-cı ilin oktyabrında “Camp Century”nin tikintisi başa çatdırıldı. Ümumilikdə amerikalılar uzunluğu 3 km olan 21 tunel inşa etmişdilər. Gizli bazada zəruri texniki strukturlardan əlavə mağaza, teatr, kitabxana, camaşırxana, bərbər və hətta kilsə də var idi. Buz altındakı şəhərin ürəyi isə reaktor zalı – “PM-2A” nüvə qurğusu hesab edilirdi. Şəhərə enerj buradan ötürülürdü.

 Baza yaxşı düşünülsə də, ABŞ komandanlığı əsas məsələni  gözdən qaçırmışdı. Qrenlandiya buzlağı belə bir işğalı necə qəbul edərdi? Bəzi məqamlarda məlum oldu ki, qar və buz kütlələri yerində dayanmır, onlar daim hərəkət edir və bu proses planlaşdırma mərhələsində gözlənildiyindən daha intensiv gedir. Tikinti başa çatdıqdan bir neçə il sonra infrastruktur dağılmağa başladı. Tunellər gücləndirilməli idi. Bazanın saxlanması xərcləri ciddi şəkildə artdı və sonda bazanın bağlanmasına qərar verildi. Amerikalılar raketləri bazaya çatdıra bilmədilər.  Amma onlar buz altında 178 ton radioaktiv su, 200 min litrə yaxın dizel yanacağı və 24 milyon litr təmizlənməmiş tullantı suyu qoyub getdilər. Amerkanlar hesab edirdilər ki, Qrenlandiyanın buz təbəqəsi altındakı şəhərcik  heç vaxt aşkar edilməyəcək.

 2016-cı ildə layihə barədə xəbər tutulanda mütəxəssislər narahat olmağa başladılar. Elm adamları belə qənaətə gəldilər ki, iqlim dəyişikliyi səbəbindən “Camp Century”də qalan bütün radioaktiv tullantılar  21-ci əsrin sonuna qədər əriyən buzlaqların səthinə çıxa bilər. İndi ABŞ  hakimiyyəti bu məsələni qapatmaq istəyir. Onlar hələ də Danimarka hökuməti ilə razılığa gəlməyiblər. Hər iki tərəf bunun üçün vəsait ayırmaqdan imtina edir. Maraqlıdır ki, Donald Tramp ikinci dəfə prezident seçiləndə ilk bəyanatı Qrelandiya ilə bağlı idi. Çoxları Trampın bu bəyanatının arxasında nəyin gizləndiyini anlamaqda çətinlik çəksə də, indi hər şey bəlli olur. Deməli, ABŞ Qrelandiyada yarımçıq qalan işini davam etdirmək istəyir.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Dekabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see252

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see241

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see173

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see168

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see152

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see144

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see137

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see125

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see125

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see124

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see122

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri