Icma.az
close
up
RU
BVF nin Azərbaycanla bağlı proqnozları nikbindir

BVF nin Azərbaycanla bağlı proqnozları nikbindir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qurum bu il ölkəmizdə iqtisadi artımın 3,5 faiz olacağını bildirib

Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər əksər beynəlxalq təşkilatlar tərəfindən bəyənilir, təqdir edilir. Təsadüfi deyil ki, hazırda dünyanın tanınmış maliyyə qurumları da Azərbaycanın gələcək iqtisadi inkişafı ilə bağlı nikbin, ümidverici fikirlər səsləndirir, əvvəlki proqnozlarını mütəmadi olaraq yeniləyirlər. Bu baxımdan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanla bağlı növbəti proqnozu diqqət çəkir. Belə ki, qurum ölkəmizin 2025-ci il üzrə iqtisadi artım proqnozunu 1 faiz bəndi artıraraq 3,5 faizə qədər yaxşılaşdırıb.

Xatırladaq ki, 2024-cü ilin oktyabr ayında BVF-nin Azərbaycanla bağlı iqtisadi artım gözləntiləri 2,5 faiz təşkil edib. Bununla belə, Beynəlxalq Valyuta Fondunda hesab edirlər ki, bu il iqtisadi artım ötən ilə nisbətən yavaşlayacaq. Fond bunu neft və qaz hasilatının azalması, iqtisadiyyata qoyulan yeni sərmayələrin artım dinamikasının nisbətən səngiməsi ilə əsaslandırıb. Bildirilib ki, 2026-cı ildə iqtisadiyyat potensial istehsal səviyyəsinə daha da yaxınlaşacaq. Qurumun proqnozuna əsasən, ölkə iqtisadiyyatında orta müddətdə isə 2,5 faiz artım gözlənilir. “Xarici iqtisadi mühitin orta müddətdə zəifləməsi gözlənilir, karbohidrogen istehsalının və qiymətlərinin azalması ilə ticarət profisitinin daralması və qeyri-karbohidrogen ixracatının zəifləməsi, lakin xarici valyuta ehtiyatlarının güclü qalması proqnozlaşdırılır.

BVF Azərbaycanın qeyri-neft sektorunda iqtisadi artımı 2025-ci ildə 4,5 faiz, 2026-cı ildə 3,7 faiz, 2027-2029-cü illərdə isə 3,5 faiz səviyyəsində müəyyən edib. Qurum bu proqnozları ilə bağlı risklərin, ümumilikdə, balanslı, lakin xarici qeyri-müəyyənliyin yüksək olduğunu vurğulayıb. Qeyd olunub ki, neft və qazın tədarük və tələbdəki dalğalanmalar, enerji keçidindən və ya qlobal yavaşlamadan qaynaqlanan amillər karbohidrogen qiymətlərini azalda bilər ki, bu da iqtisadi artıma, xarici vəziyyətə və fiskal gəlirlərə əhəmiyyətli dərəcədə təsir edə bilər.

Digər risklərin təsirinin isə daha qeyri-müəyyən olduğunu vurğulayan hesabat müəlliflərinin fikrincə, münaqişələrin intensivləşməsi fonunda karbohidrogen qiymətləri artması Azərbaycanın ticarət şərtlərini yaxşılaşdıra bilər. Əks halda ərzaq qiymətlərinin artması ticarət şərtlərini pisləşdirə, dərin parçalanma qeyri-karbohidrogen sektorunun inkişafı və şaxələndirilməsi səylərinə zərər verə bilər. Lakin əgər ticarət və investisiyalar bölgəyə yönləndirilərsə, bu, eyni zamanda imkanlar da yarada bilər. 

Beynəlxalq Valyuta Fondunun ölkəmizin 2025-ci il üzrə strateji valyuta ehtiyatları ilə bağlı proqnozu da nikbindir. Qurumda hesab edirlər ki, cari ildə Azərbaycanın valyuta ehtiyatları 71,67 milyard dollara çatacaq. Bununla yanaşı, fond ölkəmizin strateji valyuta ehtiyatlarını 2026-cı ildə 72,36 milyard dollar, 2027-ci ildə 72,22 milyard dollar, 2028-ci ildə 71,75 milyard dollar, 2029-cu ildə isə 72,18 milyard dollar səviyyəsində proqnozlaşdırıb. Yeri gəlmişkən, qurum ölkəmizin strateji valyuta ehtiyatlarının əsas hissəsinin Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri hesabına formalaşacağı qənətindədir. Belə ki, BVF hesab edir ki, ARDNF-in aktivləri 2025-ci ildə 60,91 milyard dollar, 2026-cı ildə 61,797 milyard dollar, 2027-ci ildə isə 61,864 milyard dollara qədər artacaq. Fondun proqnozuna əsasən, 2028-ci ildə 61,594 milyrad dollara qədər azalan aktivlər növbəti ildə yenidən 62,222 milyard dollara yüksələcək.

Bununla belə, Beynəlxalq Valyuta Fondu Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarının isə qarşıdakı 5 ildə azalan dinamika ilə davam edəcəyini proqnozlaşdırıb. AMB-nin valyuta ehtiyatlarının 2025-ci il üzrə 10,76 milyard dollar təşkil edəcəyini bildirən fondun proqnozuna görə, bu ehtiyatlar gələn il 10,56 milyard dollar, 2027-ci ildə 10,36 milyard dollar, 2028-ci ildə 10,16 milyard dollar, 2029-cu ildə isə 9,96 milyard dollara qədər azalacaq.

İqtisadi artımın ümidverici səviyyəsi, eləcə də strateji valyuta ehtiyatlarının qarşıdakı illərdə artması fonunda Azərbaycanda inflyasiyanın növbəti beş ildə arzu­olunan həddə qalacağını söyləməyə imkan verir. Elə Beynəlxalq Valyuta Fondu da ölkəmizdə inflyasiyanın 2025-2029-cu illərdə Mərkəzi Bankın hədəf diapozununda (4±2 faiz) qalacağını proqnozlaşdırıb. Belə ki, 2025-ci ildə Azərbaycanda inflyasiyanın 5,7 faiz təşkil edəcəyini nəzərdə tutan fond bu il üçün proqnozunu 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,7 faiz bəndi artırıb. Qurum bu göstəricinin 2026-cı ildə 4,5 faiz, 2027-2029-cu illərdə isə 4 faiz səviyyəsində olacağı qənaətindədir.

Bununla yanaşı, inflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda  qalacağı proqnozlaşdırıldığından Beynəlxalq Valyuta Fondu monetar siyasəti sabit saxlamağı tövsiyə edib. Qeyd olunub ki, son dövr­lərdə inflyasiyanın artımı, tənzimlənən qiymətlərdəki düzəlişi bir qədər əks etdirir. “Hazırkı və proqnozlaşdırılan inflyasiyanı nəzərə alaraq, AMB-nin uçot dərəcəsi real mənada, ümumilikdə, neytral olaraq qalır. Lakin həm daxili (büdcə xərclərinin artması və güclü kredit artımından irəliləyən tələbat təzyiqləri), həm də xarici (geosiyasi gərginliklər, qlobal təchizat zəncirlərinin pozulması) inflyasiya riskləri mövcuddur. Mərkəzi Bank bu riskləri yaxından izləməli, diqqətli olmalı və bu risklər reallaşarsa, reaksiya verməyə hazır olmalıdır”, – deyə hesabatda bildirilib.

Bütün bunlarla yanaşı, Beynəlxalq Valyuta Fondu ölkəmizdə özəl sektoru gücləndirmək üçün islahatların davam etdirilməsini zəruri hesab edir. Qurum Azərbaycan hökumətini özəl investisiyaların cəlb edilməsi, fiskal risklərin minimuma endirilməsi və islahatların üç əsas istiqamətinin həyata keçirilməsi üçün şərait yaratmağa davam etməyə çağırır. BVF qeyd edir ki, “Azərbaycan 2030” strateji prioritetlərində investisiya fəallığında, iqtisadi artımda və iş yerlərinin yaradılmasında özəl sektorun mühüm rol oynadığı vurğulanır. Bununla bağlı hökumət ötən müddətdə biznesin aparılması və lisenziyalaşdırma prosedurlarını sadələşdirib, eləcə də maliyyə bazarlarının inkişafı istiqamətində addımlar atıb.

Beynəlxalq Valyuta Fondu əsas islahatlar arasında dövlətin iqtisadiyyatda iştirakının azaldılmasını və dövlət müəssisələrinin səmərəliliyinin artırılmasını xüsusi vurğulayıb. Bu baxımdan 2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin, 2024-cü ildə isə Azərbaycan Nəqliyyat və Rabitə Holdinqinin yaradılması və bu istiqamətdə həyata keçirilmiş işlər təqdirəlayiq hesab edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri