Byorn Kuypers Bakıya səfər edəcək
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
UEFA Hakimlər Komitəsinin üzvü, UEFA Talant və Mentor Proqramının rəhbəri, eyni zamanda hakim-inspektor Byorn Kuypers Bakıya səfər edəcək.
Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, milli assosiasiyanın dəvəti ilə Azərbaycana gələcək.
Niderlandlı mütəxəssis fevralın 27-də “Baku Marriott Boulevard” hotelində hakimlər üçün seminar keçirəcək. Kuypers saat 11:00-da başlayacaq seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələrini bölüşəcək. Həmçinin FIFA dərəcəli hakimlərə döş nişanlarının təqdimatı olacaq. Tədbirin bağlanış mərasimi saat 16:30-da baş tutacaq.
Seminardan sonra, saat 17:00-da Byorn Kuypersin iştirakı ilə brifinq təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 25 Fevral 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















