Icma.az
close
up
RU
“CAB International”ın nümayəndəsi: COP29 xüsusilə inkişaf etməkdə olan ölkələr üçün böyük əhəmiyyət daşıyır AZƏRTAC

“CAB International”ın nümayəndəsi: COP29 xüsusilə inkişaf etməkdə olan ölkələr üçün böyük əhəmiyyət daşıyır AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

COP29 və bu kimi tədbirlər, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün böyük əhəmiyyət daşıyır. Bu ölkələr hələ də müasir texnologiyalara uyğunlaşmaq imkanını əldə edə bilməyiblər. Çünki onların maliyyə resurslarına çıxışı məhduddur. Ona görə də bu ölkələrin bərpası və dayanıqlı inkişafı üçün əlavə dəstək göstərilməlidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində COP29 –də iştirak edən “CAB International” (CABI) beynəlxalq qeyri-kommersiya təşkilatının nümayəndəsi Lydiah Gatere bildirib.

O, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı ilə bağlı təəssüratlarını da bölüşüb: “Mən COP29-un təşkilatçılığını çox yüksək qiymətləndirirəm və tədbirin belə kompakt bir ərazidə təşkil olunmasını xüsusilə təqdir edirəm. Həmçinin nəqliyyatın çox mükəmməl səviyyədə təşkil olunması məni heyran etdi. Bu, tədbirdə iştirak edənlər üçün böyük rahatlıq yaradır. Bundan başqa, müxtəlif sektorların bir araya gətirilməsi, onların sıx əməkdaşlıq etməsi çox təqdirəlayiqdir. Bu gün ilk dəfə Yaşıl Zona ərazisinə baş çəkdim və gördüm ki, bu yer həm geniş, həm də estetik baxımdan çox gözəldir”.

Əvvəllər üç dəfə COP tədbirlərində iştirak etdiyini vurğulayan Lydiah Gatere, Bakı konfransın logistik üstünlüklərindən də söz açıb. “Bu, mənim Azərbaycana ilk səfərimdir və burada iştirak etdiyim COP29 tədbiri məni çox təsirləndirdi. Əsas diqqətimi çəkən cəhətlərdən biri məsafələrin çox yaxın olmasıdır. Keçən il Dubayda keçirilən tədbirdə bir yerdən digərinə getmək üçün xeyli vaxt tələb olunurdu. Burada isə məsafələrin qısalığı hərəkəti xeyli asanlaşdırır. Bundan əlavə, tədbir məkanında geniş yaşıl ərazilərin və su məkanlarının mövcudluğu mənə çox xoş təsir bağışladı”.

Lydiah Gatere COP29-un uğurlu təşkilatçılığına görə Azərbaycana təşəkkür edərək, inkişaf etməkdə olan ölkələr üçün belə tədbirlərin nə qədər vacib olduğunu bir daha vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see214

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see214

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see212

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see211

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see181

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see180

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see160

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see142

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see142

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see137

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see129

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see128

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see127

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see124

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see123

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri