Icma.az
close
up
RU
Ombudsman: Dövlət orqanlarının əlaqəli fəaliyyəti mediasiya prosesi üçün böyük əhəmiyyət daşıyır AZƏRTAC

Ombudsman: Dövlət orqanlarının əlaqəli fəaliyyəti mediasiya prosesi üçün böyük əhəmiyyət daşıyır AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ankarada keçirilən Türk Dünyası Mediatorlar Birliyinin (TDAB) Beynəlxalq Şurasının ilk iclasında iştirak edib.

Ombusman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, S.Əliyeva tədbirdə çıxış edərək insan hüquqları ilə bağlı mübahisələrdə tərəflər arasında qarşılıqlı hörmət və güzəşt mühitinin yaradılmasında mediasiya prosesinin əhəmiyyətini qeyd edib. O, bunun tərəflər arasında birbaşa dialoq və anlaşma əsasında razılığın əldə edilməsinə şərait yaratmaqla yanaşı, cəmiyyətdə sülhün və ədalətin bərqərar olmasında mühüm rol oynadığını vurğulayıb.

Ombudsman Aparatına ünvanlanmış müraciətlərdə mediasiya prosesindən fəal istifadə edildiyini bildirən müvəkkil bu prosesdə tərəflər arasında birbaşa dialoqun təmin edilməsinə və barışığın təşviqinə önəm verildiyini diqqətə çatdırıb. O, pozulmuş insan hüquqlarının bərpası istiqamətində hüquqi çərçivədə aparılan işlərlə yanaşı, dövlət orqanlarının mənəvi dəyərləri təbliğ edərək cəmiyyətdə yarana biləcək problemlərə qarşı daim əlaqəli xidmət göstərməsinin və qabaqlayıcı tədbirləri sistemli şəkildə həyata keçirməsinin əhəmiyyətindən danışıb.

S.Əliyeva Ombudsman təsisatı ilə Mediasiya Şurası arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, mediasiya prosesi ilə bağlı şikayətlərin araşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinin təşkili istiqamətində birgə səmərəli fəaliyyətin həyata keçirildiyini deyib.

Səbinə Əliyeva Türk Dünyası Mediatorlar Birliyinin (TDAB) Beynəlxalq Şurasının ilk iclası çərçivəsində, həmçinin “Qarabağ gecəsi” adlı tədbirdə çıxış edib.

Müvəkkil çıxışında Vətən müharibəsi zamanı əldə olunmuş Zəfərin Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını, dünyada sülhün və əmin-amanlığın, regionda isə yeni əlaqələrin formalaşmasının vacibliyini bildirərək, hazırda keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdışının təmin olunduğunu, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirildiyini vurğulayıb.

Səbinə Əliyeva Türkiyənin Baş ombudsmanının və İnsan Hüquqları və Bərabərlik Qurumunun sədrinin işğaldan azad edilmiş torpaqlarda aparılan faktaraşdırıcı missiyalarda fəal iştiraklarını, bu ölkənin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini məmnunluqla xatırladıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri