Icma.az
close
up
RU
Cabir İmanovun atası yubileyini belə qeyd etdi FOTOLAR

Cabir İmanovun atası yubileyini belə qeyd etdi FOTOLAR

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Sosial iqtisadi proseslərin qeyri-səlis modernləşdirilməsi laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 85 illik yubileyinə həsr olunan “İqtisad elminin inkişafında müasir texnologiyaların istifadə problemləri” mövzusunda elmi sesssiya keçirilib.

“Yeni Sabah” xəbər verir ki, əvvəlcə iştirakçılar AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Yubiley tədbirini giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iqtisadçı-alim Qorxmaz İmanovun şərəfli və məhsuldar ömür yolu keçdiyini vurğulayıb. Qeyd edib ki, o, hələ Sovet hakimiyyəti dövründə yeni təfəkkürə malik iqtisadçı alim kimi formalaşaraq elmi ictimaiyyət tərəfindən tanınıb.

Sonra Azərbaycan İqtisadçılar İttifaqının sədri, deputat, akademik Ziyad Səmədzadə, akademik Əli Abbasov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin biznesin idarə olunması BBA proqramlarının rəhbəri, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, AR Auditorlar Palatasının sədri professor Vahid Novruzov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru professor Vüsal Qasımlı və UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru professor Yadulla Həsənli alimi yubileyi münasibətilə təbrik edib, onun çoxşaxəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıblar. Bildirilib ki, Qorxmaz İmanov respublikamızın elmi ictimaiyyəti arasında tanınmış iqtisadçı alim, nüfuzlu və bacarıqlı təşkilatçı, elmi-nəzəri və təcrübi əhəmiyyətə malik ideyaların daşıyıcısı kimi böyük hörmətə malikdir.

Qeyd edək ki, Q.İmanov 1941-ci il aprelin 17-də Bakıda anadan olub.

O, Əməkdar artistlər Cabir və Tahir İmanovun atasıdır. Cabir İmanov 2025-ci il sentyabrın 29-da qəfil ürəktutmasından vəfat edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Aprel 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri