Cabir İmanovun gerçəkləşməyən arzusu Video
Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xalq artisti Mənsum İbrahimov bu gün ölüm ildönümü olan mərhum Əməkdar artist Cabir İmanovla bağlı xatirələrini bölüşüb.
Axşam.az xəbər verir ki, xanəndə bu barədə “Xəzər axşamı” verilişinə müsahibəsində danışıb:
“Bir dəfə mənə dedi ki, muğamla öz mahnılarını sintez etmək istəyir. Sonradan bildim ki, o, həm də bəstəkardır. Bu, gendən, babasından gəlirdi. Süleyman Ələsgərov Üzeyir Hacıbəylinin davamçısı idi. Çox böyük yumor hissi, gözəl ssenariləri vardı. Həyatsevər, musiqiyə bağlı biri idi. Qarabağla bağlı çox arzuları vardı. Deyirdi ki, "Şuşada Musiqi Mərkəzi açmaq istəyirəm".
Biz onunla dostluq edirdik, görüşürdük. Mən onun bir neçə layihəsində tələbələrimlə iştirak etmişəm. Babası Süleyman Ələsgərovla bağlı böyük bir layihə, film hazırlayırdılar. Təəssüf ki, sonunu görmək ona qismət olmadı. Düşünürəm ki, onun ortaya qoyduğu işlər həmişə yaşayacaq”.
Qeyd edək ki, Cabir İmanov ötən il sentyabrın 29-da 49 yaşında idman zalında qəfil ürəktutmasından vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 29 Sentyabr 2026 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















