Icma.az
close
up
RU
Cadugər Ronaldoya çempionluq vəd etdi Onun dedikləri dünyanı silkələdi

Cadugər Ronaldoya çempionluq vəd etdi Onun dedikləri dünyanı silkələdi

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı zamanı qalmaqallı açıqlamaları ilə gündəmə gələn qanalı şaman Nana Kvakı Bonsam yenidən diqqət mərkəzindədir.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, vaxtilə İngiltərə millisinin hücumçusu Harri Keyni "lənətlədiyini" iddia edən Bonsam bu dəfə 2026-cı il FİFA Dünya Çempionatının qalibi ilə

bağlı maraqlı proqnoz səsləndirib.
Şamanın iddiasına görə, builki mundialın kubokunu Kriştianu Ronaldonun liderlik etdiyi Portuqaliya millisi qazanacaq.

"Bu dünya çempionatı Kriştianu Ronaldonun və Portuqaliyanın olacaq", – deyə Nana Kvakı Bonsam bildirib. O, bununla kifayətlənməyərək, son dünya çempionu Argentinanın növbəti mərhələdə Kabo-Verdeyə məğlub olacağını da iddia edib.

Qanalı şaman Harri Keynlə bağlı əvvəlki qalmaqallı açıqlamalarına da aydınlıq gətirib. O bildirib ki, artıq ingilis futbolçuya qarşı heç bir mənfi münasibəti yoxdur.

"Harri Keyn mənim düşmənim deyil. Hətta yaxın zamanda dünyaya gələcək övladlarımdan birinə onun adını verəcəyəm", – deyə Bonsam vurğulayıb.

Şamandan Harri Keynin rəqiblərinə qarşı yenidən hansısa "lənət" tətbiq edib-etməyəcəyi soruşulduqda isə o, bu suala yalnız gülümsəməklə cavab verib.

Bonsam daha əvvəl Qana-İngiltərə oyunu öncəsi keçirdiyi ritualın matçın nəticəsinə təsir göstərəcəyini iddia etmişdi. İndi isə həmin fikirlərindən geri çəkildiyini və Keynə münasibətinin dəyişdiyini deyir.
Onun ən diqqətçəkən açıqlamalarından biri isə Türkiyə millisi ilə bağlı olub. Şaman iddia edib ki, Türkiyənin dünya çempionatlarındakı uğursuzluqları onun ritual zamanı baş vermiş təsadüfi səhvin nəticəsidir.

"Qananın rəqibini zəiflətmək üçün xüsusi ayin hazırlamışdım. Lakin ritual zamanı xəritəni tutan şagirdim sürüşdü və enerji səhv istiqamətə yönələrək Türkiyəyə təsir göstərdi", – deyə o bildirib.

Qeyd edək ki, Nana Kvakı Bonsamın açıqlamaları şəxsi iddialardır və onların elmi və ya idman baxımından təsdiqlənmiş əsası yoxdur.

Qanalı şamanın Portuqaliya ilə bağlı proqnozu gerçəkləşə bilərmi? Kriştianu Ronaldo karyerasını dünya çempionu kimi başa vura biləcəkmi? Argentinanın Kabo-Verdeyə uduzacağı iddiası realdırmı?

Tanınmış idman yazarı Natiq Muxtarlı Musavat.com-da bunu sadəcə şarlatanlıq adlandırdı: "Dünya çempionatı o qədər böyük, qlobal turnirdir ki, bunun ətrafında hər cür spekulyasiyalar baş verə bilər. Yadımdadır, hələ 80-ci illərdə, texnologiyanın inkişaf etmədiyi vaxtlarda hansısa ölkədə bir fil tapmışdılar, mundialla bağlı proqnoz verirdi. İndi texnologiya inkişaf edib, superkompüterlər proqnoz verir. Amma ənənəvi şarlatanlar-cadügərlər yenə də iş başındadır. Amma nə superkompüterlərin, nə də cadugərlərin proqnozlarını ciddiyə almağa dəyməz.

Azərbaycanlı Zirəddin Rzayevin proqnozları nə qədər ciddidirsə, bu qanalı şamanın da dedikləri o qədər ciddidir. Futbol milyonların sevimli oyunudur, amma onun bir fəlsəfəsi də var: Proqnozları sevmir".

N.Muxtarlı da proqnoz verməyi unutmadı: "Ronaldonun Portuqaliyası dünya çempionu ola bilər. Çünki bu komandanın heyətində həqiqətən də yüksək səviyyəli futbolçular var. Amma hazırkı oyun keyfiyyətini nəzərə alsaq, Portuqaliya 1/16 finalda elə Xorvatiyaya məğlub olub mübarizəni dayandıra da bilər. Portuqaliya qrup mərhələsində yalnız Özbəkistana qalib gələ bildi. Yəni usta futbolçular oyun keyfiyyətini tapmayanda nəticə də olmur. Bu amili nəzərə alsaq, Portuqaliyanın dünya çempionu olmaq şansı yoxdur. Amma elə Xorvatiya ilə oyunda partlayış baş verə, Portuqaliya ən yüksək səviyyəli performans nümayiş etdirə bilər. Hə, onda bundan sonra onların qarşısını almaq çətin olacaq. Məntiq odur ki, futbol meydanda oynanılır və hər şeyi də həll edən futbolçuların oyun keyfiyyətidir. Qalan bütün proqnozlar ya şarlatanlıqdır, ya da DÇ-yə əlavə rəng qatmaq üçün yaradılan şoudur.

Mən qanalı cadugər kimi yox, qrup mərhələsindəki oyunları izləyəndən sonra peşəkar qənaətimə əsaslanaraq proqnoz verirəm: Dünya Çempionatının qalibi Fransa olacaq. Amma bütün hallarda bu da adi proqnozdur. Fransa da hansısa mərhələdə və ya elə final oyununda zəif çıxış edə bilər. Hər şey meydandakı futbolçulardan asılıdır. Bütün proqnozları onların həmin andakı oyun keyfiyyəti doğruldur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 İyun 2026 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri