Icma.az
close
up
RU
Çağalıq dövründə mövcud olan reflekslər

Çağalıq dövründə mövcud olan reflekslər

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Körpələrdə doğulduğu andan əmmə, ağzı ilə axtarma, tutma, addımlama kimi şərti reflekslər qeyd olunur.

Bu reflekslərin zəif alınması və ya alınmaması hər hansı bir xəstəliyə işarədir. Belə halda mütləq həkimə müraciət olunmalıdır.

İnkişaf prosesində bütün uşaqlar eyni yolu keçir, lakin fərqli keçir. Sağlam uşaqların əksəriyyəti qaçmazdan əvvəl gəzməyə, gəzməzdən əvvəl iməkləməyə, iməkləməzdən əvvəl isə bədənini müəyyən qədər dəstək ilə qaldırmağa müvəffəq olurlar. Lakin, bu proses bir uşaqda tez, o biri uşaqda gec, birində sürətli, digərində isə bir az ləng gedir. Uşaqlar gec iməkləməyə, gəzməyə başlayanda, ləng hərəkətlər edəndə də valideynlər narahat olmağa başlayır. Bu səbəbdən də, valideynlər çağanın inkişafının gedişatını bilməlidir. Valideynin bu haqda məlumatlı olması uşaqlarını daha yaxşı izləməyə imkan verir.

Yenidoğulmuş uşaqların müəyyən refleksləri olur. Uşağın sağlamlığı üçün bu refleksləri dəqiq izləmək, bir-birini əvəzləmə qaydasını və keçidlərini dəqiq bilmək lazımdır. Çağalarda eyni zamanda əmmə, Moro, Tonik, sense və s. kimi refleksləri vardır.

Əmmə refleksi çağalarda anadan olandan 1 yaşın sonuna qədər davam edir. Psixoloji olaraq uşaqlar həmin vaxt oral mərhələdə olduqlarına görə əmmə refleksini açıq-aydın görmək mümkündür. Xüsusilə də, 6-cı ayına qədər əmmə refleksi çox aktiv olur. Hətta körpənin yanağına, dodaqlarının kənarlarına toxunduqca o, gülümsəyir və yaxud da dodaqlarını tərpədir.

Moro refleksi isə körpə anadan olandan 3 ayına kimi davam edir. Çağa qəfil eşitdiyi səsə qarşı ilk reaksiya olaraq yerini qəfil dəyişib həmin səsə tərəf yönəlir. Kiminsə sərt toxunuşuna cavab reaksiyası olaraq bədənini və başını arxaya dartır. Belə olanda o, ağlaya da bilər. Körpə bu zaman qorxduğu üçün ağlamağa başlayır.

Körpədə 3 ayından 6 ayınadək isə Tonik refleksi davam edir. Bu refleksə həm də boyun refleksi də deyirlər. Uşaq beli üstdə yatanda üzünü başqa tərəfə çevirmək istədikdə, bu zaman əvvəl üzünün arxa tərəfində qalan əlini tam açıq şəkildə, digər əlini isə dirsəkdən bükülmüş formada olmaqla dartınar. Fikir versəniz, bu hərəkət gərnəşməyi xatırladır. Bu qeyd edilən müddət ərzində çox rast gəlinir.

Sense refleksi isə uşağın özünü qoruma hissi ilə bağlıdır. Müşahidə etmisinizsə, uşağın ovucunun içinə toxunanda o, avtomatik olaraq barmağınızı möhkəm tutur. Bu zaman onun əlinin yaxud ayağının üstünə toxunsanız o, barmağınızı buraxar, qol və ayaqlarını özünə tərəf dartaraq yenidən barmağınızı tutar.

Uşaqlarda dayaq refleksi də olur. Bu refleksi yoxlamaq üçün uşağın qoltuğunun altından tutmaq və şəhadət barmağı ilə uşağın başını saxlamaq lazımdır. Bu zaman uşağın əsas ağırlığı sizin əllərinizə düşməlidir. Uşaq bu vəziyyətdə ayaqlarını bükür. Onun ayaqlarını möhkəm yerə toxunduranda isə o, pəncəsini bütünlüklə yerə basır. Uşaq bu zaman yarı bükülmüş ayaqları ilə belini düzləşdirib dayanır. Gəzmə refleksini yoxlamaq üçün uşağı bir qədər qabağa əyib yerə qoyursan. Uşaq addımlamağa başlayır. Lakin bu vaxt əlləri ilə ayaqlarının hərəkətlərini təkrarlamır. Bu zaman diqqətli olmaq, uşağın başını tutmaq lazımdır. Həm də fikir verin ki, uşağın əsas çəkisi əllərinizə düşsün.

İməkləmə refleksini yoxlamaq üçün uşağı qarın üstünə uzatmaq lazımdır. Bu vəziyyətdə uzanan uşaq bir-neçə saniyəlik başını qaldırır və iməkləmə, sürünmə hərəkətləri etməyə başlayır. Əgər uşağın ayağının altına əlinizin iç tərəfini söykəsəniz, onda uşaq ayaqları ilə itələnərək daha sürətlə iməkləməyə başlayacaq. Onun əlləri də hərəkətə keçəcək. Bu refleks uşağın 4 ayına qədər davam edir.

Sadalanan reflekslər zaman keçdikcə yox olur. Əgər bu reflekslər digər reflekslə paralel davam edirsə, bu gələcəkdə uşaqda həm fizioloji, həm də psixoloji ləngiməyə səbəb ola bilər. Valideyn özü də körpədə bu reflekslərin vaxtında bir-biri ilə əvəzlənməsini tezləşdirə bilər. Bunun üçün bəzi idman hərəkətləri yerinə yetirməyiniz kifayətdir.

Ən əsası unutmayaq ki, uşağı yedirtmək və yatırmaq onun inkişaf etməsi demək deyil. Uşağın inkişafında problemlər varsa, mütləq həkimlə məsləhətləşmək lazımdır.

Narinc.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri