Icma.az
close
up
RU
Cahangir Novruzovsuz teatr batacaq hökmünü vermək olmaz SƏNƏTŞÜNAS

Cahangir Novruzovsuz teatr batacaq hökmünü vermək olmaz SƏNƏTŞÜNAS

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Cahangir Novruzov məşhur bir sənətkar ailəsində dünyaya göz açıb. Fəaliyyətinin ilk illərində Şəki teatrında çalışmağa başlayıb. Əvvəlcə aktyor, sonra da rejissor kimi fəaliyyət göstərib. Şəki teatrında Hüseynağa Atakişiyevdən sonra o dəst-xətti deyərdim ki, Cahangir Novruzov davam etdirirdi. Təəssüf ki, bir neçə il sonra Bakıya qayıtdı. Sovet dövründən indiyə qədər paytaxtda olan teatrlarla bölgədə olan teatrlar arasında həmişə fərq olub, münasibət də eyni olmayıb”.


Bu fikirləri Modern.az-a tanınmış sənətşünas, jurnalist Seymur Elsevər deputat Səyyad Aranın Türkiyədə yaşayan rejissor Cahangir Novruzovun ölkəmizə dəvət olunması ilə bağlı təklifinə münasibət bildirərkən deyib.


S.Elsevərəin sözlərinə görə, Şəki teatrı vaxtilə uğurlu fəaliyyəti olan mədəniyyət müəssisələrindən biri olub:


“Bu teatr 1970-ci illərin sonu 80-ci iilərin əvvəlində uğura imza atmışdı. O dövrdə Hüseynağa Atakişiyev gənc idi, 1975-ci ildə aktyorluğa başlayan Vaqif Abbasov rəhmətə gedəndən sonra teatrın bütün ağırlığını, yükünü öz üzərinə götürmüşdü. Şəki teatrı o dövrdə nəinki SSRİ-də, Avropada uğur qazanmışdı. Təəssüf ki, biz belə bir nəticəni indi görmürük. O dövrdə SSRİ miqyasında tanınmaq Avropada tanınmağa bərabər idi. Burada uğur qazanmaq elə-belə iş deyildi, amma Şəki teatrı bunun öhdəsindən gəlmişdi. Bu gün də mən Azərbaycan teatrında, xüsusilə də bölgələrdə bu səviyyəni görməyi arzulayıram. İnşallah, bizə bunu görmək qismət olacaq”.


S.Elsevərin sözlərinə görə, 1990-cı illər bütün ölkə üçün ağır dövr idi:
 

“Bizim çox sənətkarlarımız xaricə üz tutdular. O cümlədən Cahangir Novruzov da Türkiyəyə getmək variantını seçdi. Orada dərs dedi və kənarda tamaşalar hazırladı. 30 ilə yaxındır Türkiyədə çalışır. Onun məhsuldar ömrünün çox hissəsi artıq xaricdə fəaliyyətdə keçib. Onun buraya gətirilmək mövzusu əvvəllər də bir neçə dəfə gündəmdə olmuşdu. Hətta o vaxt elə fikirlər dolaşırdı ki, Musiqili teatra direktor yaxud bədii rəhbər kimi gətiriləcək. Amma nədənsə o vaxt məsələ reallaşmadı. İndi də nə qədər realdır, bilmirəm. Eyni zamanda Cahangir Novruzovun özünün də bunu istəməsi məsələsi var. O elə bir sambalda, təcrübədə sənətkardır ki, ona öz gücünü göstərmək üçün yaxşı bir meydan verilməlidir. O, yəqin ki, bölgədə işləmək variantını seçməz, Bakıda da bilmirəm harada ona belə bir şərait yaradılar”.
 

“Burada məsələnin belə bir suallı tərəfi də var. Səyyad Aran mənim də tanıdığım, hörmət etdiyim qələm adamıdır. Amma məsələnin belə xüsusiyyətlərindən xəbərsizdir, çünki o teatr adamı deyil. Amma burada çox məqamlar var ki, hamısı ödənməlidir. C.Novruzovun razılıq məsələsindən tutmuş ona harada belə bir meydan verilməsi, hansı təkliflə razılaşmasıdır. Bunlar məsələnin suallı tərəfləridir. Azərbaycan teatrı batırsa, Cahangir Novruzovun gəlməyi onu xilas etmək demək deyil. Yaxud da Cahangir Novruzovsuz teatr batacaq hökmünü vermək olmaz. Bir adam nə qədər peşəkar da olsa, prosesi bir adamın adı ilə bağlamaq yanlış fikirdir”, - S.Elsevər qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Aprel 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri