Cahit Bağçı Türkiyənin Avropadakı qurumunun Azərbaycana verəcəyi töhfədən danışdı
Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ayrılığın deyil, inteqrasiyanın və güc birliyinin hökm sürdüyü zəmində Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycanda yeni səyahətə çıxması və yeni komanda ilə işə başlaması mühüm və tarixi addımıdır”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Beynəlxalq Demokratlar Birliyinin (UID) Bakıda yerləşən Türk Ticarət Mərkəzində keçirilən iclasında çıxışı zamanı deyib.
“Beynəlxalq aləmdə üzləşdiyimiz türk düşmənçiliyi, o cümlədən irqçilik, müsəlmanlara, məzlumlara, qurbanlara qarşı ikili standartlar və ayrı-seçkiliklə mübarizədə yer alan Türkiyənin Avropadakı bu qurumu, şübhəsiz ki, Azərbaycanın qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma, güc, töhfə olacaq. Bu baxımdan UID-nin burada təşkilatlanmasını və yeni dövrə qədəm qoymasını Azərbaycan üçün dəyərli hesab edirik”, - deyə C.Bağçı bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 05 Dekabr 2024 04:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















