Icma.az
close
up
RU
Çalışacağıq ki, yekun sənəddə mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq

Çalışacağıq ki, yekun sənəddə mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 16-da Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İqlim üçün mədəniyyət” adlı panel keçirilib. SİA xəbər verir ki, tədbirin moderatoru, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət Nazirliyinin baş tədqiqatçısı Mahnaz Anvar Fancy iqlim dəyişikliyinin mədəni abidələrə də ciddi zərər vurduğunu deyib. Bildirib ki, mədəniyyəti iqlim fəaliyyətinə daxil etmək üçün Azərbaycan tərəfindən “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs mədəniyyətin iqlim müzakirələrinin mərkəzində olması baxımından əhəmiyyət daşıyır, eyni zamanda, qlobal səviyyədə mədəniyyətin davamlı gələcək üçün güclü vasitə olduğunu göstərməyi hədəfləyir.

UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, İordaniyanın şahzadəsi Dana Firas çıxış edərək, iqlim dəyişikliyinin mədəniyyətə vurduğu zərərdən danışıb, ölkəmizin irəli sürdüyü C4C təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

UNESCO-nun mədəniyyət sektoru icra aparatının rəhbəri Dorine Dubois isə bildirib ki, əsas məsələ iqlim dəyişikliyinin mədəniyyətə təsirini diqqətdə saxlamaq və bu istiqamətdə fəaliyyət götərməkdir.

Afina Milli və Kapodistrian Universitetinin ətraf mühit və iqlim fizikası üzrə professoru Constantinos Cartalis mədəni təbliği təşviq etmək üçün müxtəlif elmi sahələri bir araya gətirməyin vacib olduğunu deyib.

Asiya İnkişaf Bankı İnstitutunun baş iqtisadçısı Akbar Riznaldi maliyyə imkanına çıxışdan söhbət açıb.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev isə çıxışında bildirib ki, COP29 çərçivəsində bir çox sahələrə həsr olunmuş tədbirlər keçirilir: "Çox şadam ki, bu gün təşkil olunan tədbir məhz mədəniyyətə həsr edilib. Mən də öz növbəmdə iqlim fəaliyyətinə töhfə verdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Biz də çalışacağıq ki, COP29-un yekun sənədində mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq".

Panel mədəni yanaşmaların iqlimlə bağlı məsələləri təşviq etməsi, milli, beynəlxalq səviyyədə inklüzivliyin və davamlılığın artırılması, insanlar arasında təşviqatın aparılması, özəl-dövlət sektorları arasında tərəfdaşlıq mövzusunda müzakirələrlə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Noyabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see167

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see124

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see122

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see118

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see118

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see117

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see116

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see115

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see114

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see114

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see114

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see114

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see113

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see113

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see112

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see112

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see112

Ərdoğanın səhhəti pisləşdi? RƏSMİ AÇIQLAMA

09 İyun 2025 21:11see112

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri