Çalışdıq və 3 xal qazandıq Saşa İliç
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 29-cu turunda “İmişli”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Mətbuatda bir neçə dəfə yazılar gedib. Bu, həm mənə, həm “Sumqayıt”a qarşı haqsızlıqdır. Mənimlə komanda arasında heç bir münaqişə yoxdur. Belə davam edərsə, növbəti dəfə mətbuat konfransında iştirak etməyəcəyəm. Problemi izah etmək istəyirəm. Mənim, komandam barədə reallıqlar yazılsın. Danil ilə mübahisəmi yazan jurnalistə də deyin ki, həqiqətləri yazsın. Mənim işim, taktiki gedişlərim pis ola və bu haqda yazıla bilər. Amma olmayan şeyləri demək doğru deyil.
Oyuna gəldikdə, çətin oldu. Çalışdıq və 3 xal qazandıq. Ən vacibi də budur. Fasilədə qeyri-adi heç nə etmədik. İlk hissədə qol vurmuşduq. İkinci yarıda rəqib irəli çıxırdı və boşluqlar verirdi.
Səbuhi Abdullazadəyə böyük hörmətim var. Onu bəyənmirəm, deməzdim. Sadəcə oyununu dəyişməlidir. Əvəzlənməyi normaldır. Səbuhinin böyük potensialı var, millinin vacib oyunçularındandır.
Avrokuboklar uğrunda mübarizə aparırsansa, hədəfləri olan komandalarla oyunlarda xallar itirməmək vacibdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 25 Aprel 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















