Icma.az
close
up
RU
Çalışsınlar ki, bu cür səhvlərdən uzaq olsunlar Politoloq DANIŞDI

Çalışsınlar ki, bu cür səhvlərdən uzaq olsunlar Politoloq DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Baş vermiş hadisə Almaniya siyasi elitasına başucalığı gətirmir". Bunu SİA-ya politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, belə səhvləri dayaz düşüncəli, dünyadan xəbəri olmayan insanlar, qruplar, cameələr edir. Almaniya çox ciddi, dünya arenasında qüdrətə malik məmləkətdir: "Almaniya dövlətinin tarixi dövründə çox ciddi düşünən beyinləri, siyasi cəhətdən püxtələşmiş, hazırlıqlı siyasətçiləri olub. Bu səhvi buraxan Frank-Valter Ştaynmayer özü deyil, onun komandasının məsuliyyətsiz üzvləridir. Onlar özlərini yekəxana aparıb, belə bir təəssürat yaradırlar ki, dünyadan xəbərdardırlar, bütün problemlərin təfərrüfatlarına bələddirlər, eləcə də digər məmləkətlərin qlobal səviyyəsindən qat-qat üstündürlər. Düzdür Almaniya iqtisadi qüdrət sahibi, dünya tarixinə müəyyən töhfələr vermiş ölkə olsa da, amma bu ölkənin müasir dönəmdə düşünən beyinləri, siyasi dairələri bəsit formada özlərini ifadə edirlər. Bir tərəfdən siyasi məlumatsızlıq, digər tərəfdən problemli vəziyyətlərin fərqinə varmamaq, başqa ölkələrə yuxarıdan-aşağı baxma cəhdləri özünü büruzə verir. Əlbəttə ki, bu beynəlxalq vəziyyətdə bağışlanılmaz, kobud səhvdir.

Xatırladım ki, Frank-Valter Ştaynmayer Xarici İşlər Nazirliyi postunda çalışarkən, çox səylər göstərdi ki, Azərbaycan-Ermənistan arasındakı ərazi problemi dinc yolla həllini tapsın. Hətta belə bir fikir də formalaşmışdı ki, ola bilsin Almaniya Fransanı əvəzləsin və ya Minsk Qrupuna qatılsın. Frank-Valter Ştaynmayer məsələdən xəbərsiz deyildi, Angela Merkel kansler seçildiyi zaman Frank-Valter Ştaynmayer Bakıya gəlmiş, Avropa meydanında Qarabağ haqqında öz fikirlərini açıqlamışdı. Onun piar məsələsi ilə məşğul olan şəxslərin diqqətsizliyi, təxribatlara meylli olmaları belə bir səhvi gündəmə gətirib. Almaniya Azərbaycan-Ermənistan qarşıdurmasında Ermənistanı dəstəkləyir, günü bu gündə də onların səyləri nəticəsində Ermənistana silah-sursat verilir. Bu paradoksal görünsə də faktdır. Bu faktı yaddan çıxara bilmərik. Əminəm ki, cənab Prezident İlham Əliyevin almaniyalı həmkarı ilə danışıqlarında öz prinsipal mövqeyini bildirəcək, digər tərəfdən isə özünəməxsus hesabatını aparacaq ki, Almaniya niyə başı pozuq ölkəni, siyasi rəhbərliyində şəristəsiz, aciz, fərsiz adamları olan Ermənistanı silah-sursatla təmin edir? Almaniya həqiqətən Ermənistana kömək etmək, əl tutmaq istəyirsə maliyyə ilə təmin etsin ki, ölkə iqtisadi cəhətdən inkişaf etsin. Çünki Ermənistan ölümcül, biabırçı vəziyyətdədir. Ermənistan xammalı istehsal edib satır, onlarda dərin emal prosesi yoxdur".

O bildirib ki, Almaniya Fransanın fitvasının təsirinə məruz qalıb, Ermənistanı dəstəkləyir: "Bu yolverilməzdir.
Sözügedən təxribatın rəsmi saytda qondarma, reallıqla əlaqəsi olmayan Dağlıq Qarabağ Respublikasının əskisini təsvir etmək, bağışlanılmaz səhvdir. Doğrudur, bu addım üzrlə nəticələnməlidir və belə də oldu. Amma bu zəmanət vermir ki, Almaniyanın və eləcə də digər Avropa ölkələrinin elitası bu səhvi təkrarlamayacaq. Buna göz yummaq olmaz və yummadıq da. Azərbaycan Respublikası onlardan üzr istətdi, Almaniya tərəfi isə bu səhvin bir daha təkrarlanmayacağını bildirdi. Çalışsınlar ki, bu cür səhvlərdən uzaq olsunlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see195

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see162

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see155

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see136

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri