Canavar hücumuna məruz qalan Zaqatala sakini xəstəxanaya yerləşdirilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Zaqatala, 2 may, AZƏRTAC
Zaqatalanın Axaxdərə kənd sakini həyətində canavar hücumuna məruz qalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, canavar evin həyətyanı sahəsində kənd sakini 47 yaşlı Aydın Qurbanova hücum edərək, ona çoxsaylı xəsarətlər yetirib.
Hadisədən xəbər tutan ailə üzvləri və yaxınları Aydın Qurbanovu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Ona ilkin tibbi yardım göstərilib və bədənin müxtəlif nahiyələrinin açıq yarası xəsarətləri diaqnozu qoyulub.
Zərərçəkmiş xəstəxananın cərrahiyyə korpusuna yerləşdirilib və müalicəsi davam etdirilir.
Müxbir - Rasim İslamoğlu
Bu mövzuda digər xəbərlər:Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti Açıqlandı
22 Dekabr 2025 10:32
Canavar hücumuna məruz qalan şəxs Bakıya təxliyə olundu
25 Dekabr 2025 12:21
Zaqatala sakini bıçaqlandı
21 Dekabr 2024 14:51
Zaqatala sakini öz bağında hücuma məruz qaldı
16 Sentyabr 2025 17:59
Zaqatala sakini xəstəxanaya daxil olandan sonra anidən ölüb AZƏRTAC
24 Yanvar 2025 22:32
Baxış sayı:177
Bu xəbər 02 May 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















