Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

“Canavar” ləqəbli döyüşçünün cəsarət dastanı

“Canavar” ləqəbli döyüşçünün cəsarət dastanı

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağstafa, 5 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Hər xalqın tarixində elə igidlər var ki, onların həyat yolu bir məktəbə çevrilir. Onlar gücünü təkcə idmanda yox, Vətən sevgisində də göstərən, azadlıq və ədalət uğrunda sonadək mübarizə aparan insanlardır. Belə qəhrəmanların hekayələri gənclərə vətənpərvərlik, mərdlik və fədakarlığın nə demək olduğunu anlatmaq baxımından böyük əhəmiyyət daşıyır. İdman təcrübəsini döyüş şücaəti ilə birləşdirib Zəfər tariximizdə yer alan şəhidlərimizdən biri də Məhəmmədəli Ələkbərovdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hələ uşaq yaşlarından idmana sevgisi olan Məhəmmədəlinin böyüdükcə bu sahədə nailiyyətləri də davam edir. Respublika üzrə keçirilən bir çox yarışlarda çox sayda fəxri fərman, medallar və idmanının “MMA Full Contact” döyüş növü üzrə kəmər və qızıl medal qazanıb. 1990-cı ildə Ağstafa rayonunun Poylu kəndində anadan olan şəhid Məhəmmədəli Ələkbərov hərbi xidmətini başa vurduqdan sonra 2014-cü ildən Dövlət Sərhəd Xidmətində xidmətə başlayıb. Həmin illərdə Sərhəd Xidmətinin Tədris Mərkəzində müxtəlif vəzifələrdə qulluq edən Məhəmmədəli öz nizam-intizamı ilə seçilib. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi Məhəmmədəli üçün Birinci Qarabağ müharibəsi şəhidi olan əmisinin qisasını almaq üçün bir döyüş meydanı oldu. Elə məhz əmisinin doğum günündə, 22 oktyabrda şəhadətə yüksəlib. Məhəmmədəlinin anası deyir ki, oğlu Məhəmmədəli körpəliyindən həm idmana həm də Vətənə bağlı olub. Məktəbə gedəndən isə idmana xüsusi yer ayırdı, mütamadi idmanla məşğul olurdu. “Məhəmmədəli üçün Vətən, sonra da sevimli məşğuliyəti idman öndə dururdu. Tez-tez yarışlara gedirdi və turnirlərdən qalibiyyətlə gələrdi. Deyirdi qələbələrimi sənə həsr edirəm. Şəhid əmisi də idmançı olub. Məhəmmədəli həmişə məni fərəhləndirib. Onun uğurları məni çox sevindirirdi. Fəxr edirdim ki, mənim belə mərd, igid oğlum var” - deyə anası Təranə Ələkbərova bildirib.

Vətən mühüaribəsində Məhəmmədəli Ələkbərov Çevik Hərəkət Dəstəsinin tərkibində Füzuli və Cəbrayıl rayonları istiqamətlərində bir çox yaşayış məntəqələrinin azad olunması uğrunda döyüşlərdə uğurla iştirak edib. İran İslam Respublikası ilə Dövlət sərhədlərimizin bərpası zamanı məhz onun fədakarlığı nəticəsində döyüş yoldaşları mühasirədən çıxardılıb. “Oğluma döyüş yoldaşları “canavar” ləqəbi qoyublar. Göstərdiyi mərədlik və cəsarətə görə o ləqəbi qazanmışdı. Döyüş meydanına birinci girərmiş. Döyüş yoldaşları onun göstərdiyi igidliklərdən çox danışıb. Bu gün oğlumla fəxr edirəm. Allah oğluma, bütün şəhidlərimizə rəhmət eləsin!” - deyə, anası əlavə edib.

Dövlət Sərhəd Xidmətinin giziri, xüsusi təyinatlı Məhəmmədəli Ələkbərovun döyüş meydanındakı şücaəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Gənc qəhrəman göstərdiyi rəşadətə görə, dövlət başçısının sərəncamları ilə “Hərbi xidmətə görə”, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə”, Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Vətənə iki qız əmanəti qalan şəhid Məhəmmədəli Ələkbərov Ağstafanın Poylu kənd qəbiristanlığında dəfn olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri