Canlı yayımda söyüş söyən daha bir tiktoker SAXLANILDI
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tiktokda söyüş söyən daha bir nəfər saxlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Sabirabad rayon sakini 34 yaşlı Əzəmət Bilalov (ad və soyad şərtidir) internet informasiya ehtiyatında cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib.
Buna görə də o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Ə. Bilalov bildirib ki, sosial şəbəkədə canlıya qoşulub və söhbət zamanı keçirdiyi gərginliyə görə nalayiq ifadələr işlədib. O, əməlindən peşman olduğunu deyib.
Məhkəmənin qərarı ilə Ə. Bilalov 500 manat məbləğində cərimələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 10 Mart 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















