Icma.az
close
up
RU
Çarəsizlikdən doğan ironiya erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır

Çarəsizlikdən doğan ironiya erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Mediadan məlum olduğu kimi, Böyük Britaniya Azərbaycanla strateji tərəfdaşlıq elan edib.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin iki ölkə arasında münasibətlərin statusunun yüksəldilməsi barədə yaydığı press-relizdə deyilir ki, Avropa naziri Stiven Doti Azərbaycanın paytaxtına səfər edib və burada dövlət başçısı İlham Əliyevlə görüşüb. Tərəflər Ermənistan-Azərbaycan sülh prosesini, Rusiya-Ukrayna münaqişəsini və regional təhlükəsizliyi müzakirə ediblər.

Bildirilir ki, səfər nəticəsində münasibətlərin səviyyəsinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə razılıq əldə olunub və bu da hər iki ölkəyə “əsas strateji prioritetlər üzərində daha da sıx işləməyə” imkan verəcək.

Bu xəbərə reaksiya verən erməni Teleqrm kanalı qeyd edir ki, iyunun əvvəlində London Qazaxıstanla da hərbi əməkdaşlıq sazişi imzaladığını elan edib.

Ermənilər yazır: “Ölkələr sülhməramlılıq, dil hazırlığı və Qazaxıstan hərbçilərinin Krallığın ali hərbi təhsil müəssisələrində təhsili ilə bağlı iş aparacaqlarına söz veriblər. Bundan əlavə, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri növbəti üç il ərzində Qazaxıstanın və digər Mərkəzi Asiya ölkələrinin inkişafı üçün layihələrə 50 milyon funt-sterlinq maliyyə ayrılacağını açıqlayıb”.

Xəbər və şərhin sonunda erməni kanalı öz aləmində belə bir sarkastik qeyd edir: “Yeganə sual budur ki, növbəti “xüsusi hərbi əməliyyat” harada başlayacaq - Azərbaycanda, yoxsa Qazaxıstanda?”

Bu, onların arzusudur. Belə olmasını istəyirlər. Eyni zamanda düşünürlər ki, Rusiya Avrasiya məkanının qoçusudur və sözünə baxmayan dövlətləri növbə ilə “şillələyə” bilər.

Elə də “növbəti SVO (“xüsusi hərbi əməliyyat”)” deyirlər, sanki Rusiya Ukraynaya qarşı SVO-ya başlarkən əli bala batıb, fəth ardınca fəthlər edib. 3-4 gün davam etməli və bitməli olan SVO, budur, 3 il 8 aydır davam edir və Ukrayna ilə yanaşı, Rusiya da böyük itkilərə məruz qalıb. Canlı qüvvə itkisi ilə bağlı dəqiq rəqəm olmasa da, Rusiyanın itkisi yüz minlərlədir. Bunu Kremlin Şimali Koreyadan müharibəyə nizami hərbi hissələr gətirməsi, postsovet məkanından və dünyanın hər tərəfindən muzdlu döyüşçülər cəlb etməsi də göstərir. Ölkə xirtdəyə qədər problemin, qan bataqlığının içində ola-ola Moskva hələ bir Qazaxıstanda və Azərbaycanda yeni bir SVO başlayacaq? Ağılsızlığın da bir limiti, həddi olmazmı?

Erməni kanalları bu mövzuda tək deyil, bəzi rus Teleqram kanalları da Böyük Britaniya-Azərbaycan tərəfdaşlığına öz aləmlərində ironiya edirlər. Onlardan biri yazır:

“İndi Britaniya iqtisadiyyatının iri sahələri Azərbaycan oliqarxlarına veriləcək, bütün qraflıqlarda azərbaycanlı MCD-diasporaları (MCD -mütəşəkkil cinayətkarlıq dəstələri - AA) açılacaq, sıravi azərbaycanlı döyüşçülər ingilisləri qarət edəcək, zorlayacaq və doğrayacaqlar, Azərbaycan deputatları isə fasiləsiz şəkildə İngiltərəni və ingilisləri təhqir edəcək, Azərbaycan KİV-i konyveyer üsulu ilə anti-britaniya materialları buraxacaqlar, Azərbaycan prezidenti isə ingilisləri “işğalçılar” adlandıracaq.

Buna cavab olaraq Britaniya serləri və perləri “strateji tərəfdaşlıq” və “ümumi dəyərlər” haqqında acizcə mızıldanacaqlar. London kral orkestri Azərbaycan musiqisi konsertləri təşkil edəcək. Liverpulda, Birmingemdə və Mançesterdə Heydər Əliyevin abidələri açılacaq. Azərbaycan kriminal başçıları kütləvi şəkildə İngiltərə şəhərlərinin bələdiyyə şuralarına namizəd olacaqlar.

Bakıda isə britaniyalı turistlər kütləvi şəkildə həbs ediləcək, qəddarlıqla döyüləcək və MI6 üçün işləməkdə ittiham olunacaqlar. Ardınca məlum olacaq ki, şahzadə Çarlzın azərbaycanlı kurs yoldaşı varmış və o, Britaniya adalarında bütün Azərbaycan biznesini “krışavat” edəcək, bütün azərbaycanlı “abu-banditlər” üçün canfəşanlıqla ayağa qalxacaq, hətta birbaşa Skotland-Yard rəhbərinə zəng etməkdən belə çəkinməyəcək.

Strateji tərəfdaşlıq — belə bir şeydir”.

Göründüyü kimi, cılız içli biriləri tərəfindən yazılmış bu cızma-qarada Rusiya-Azərbaycan münasibətlərinə göndərmələr var, Yekaterinburq hadisələri, azərbaycanlıların Rusiyadakı iş həyatı, bəzi rus emissarların Bakıda saxlanması və sair xatırladılır.

Bu, son 9 ayda Azərbaycanla Rusiya arasında olub-bitənlərdə ölkəmizi haqsız çıxarmaq cəhdidir. Sanki bütün baş verənlərə görə Azərbaycan tərəfi günahkardır. Halbuki Bakının Rusiyadan tələbləri aydındır: “Sərnişin təyyarəmizi vurmuşunuz, etiraf edin, təzminat ödəyin”; “Diaspor üzvlərimiz cinayətkardırsa, mühakimə edin, işgəncə ilə, mühakiməsiz öldürməyin”; “Adi işlərdə çalışan azərbaycanlıları sırf azərbaycanlı olduqları üçün təqib etməyin”; “Məhkəmənin yekun qərarı olmadan, 2 ay öncə saxlanılmış rus turistləri “məsum-müqəddəs” elan etməyin”; “Azərbaycana qara yaxmağa hazır olan kütləvi təbliğat vasitələrinizə qaralayıcı tezislər ötürüb “qara piar” kampaniyası aparmayın” və s. və i.a.

İndi işə baxın, təyyarəni vuran, azərbaycanlı diaspor üzvlərini öldürən, azərbaycanlı iş adamlarını, miqrantları kütləvi şəkildə təqib, mühakimə və deportasiya edən, ölkəmizdə 5-ci kolonu fəallaşdırmağa çalışan özləri ola-ola, hələ bizi borclu çıxarırlar.

Fəqət maskaların düşdüyü, əsl simanın göründüyü durumda köhnə fəndlərin xeyri yoxdur. Bir milləti tovlamaq, hansısa cazibədar ideyalarla aldatmaq cəhdi 105 il əvvəl effektiv ola bilərdi. İndi olmur. Heç kəs çörəyi qulağına yemir, hamı hər şeyi bilir. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see236

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see211

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see206

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see178

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see170

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see158

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see153

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see151

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri