Cari mövsümdə Misli Premyer Liqasında ən çox oyun keçirən 10 futbolçu
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Misli Premyer Liqasında 2024/2025 mövsümünə yekun vurulub. Sport24.az çempionatda ən çox oyun keçirmiş futbolçularla bağlı araşdırma aparıb.
"Sumqayıt"ın müdafiəçisi Murad Xaçayev dəqiqə sayına görə ilk pillədə qərarlaşıb. 26 yaşlı oyunçu 35 matçda 3150 dəqiqə meydanda olub.
İkinci və üçüncü yerlərdə "Şamaxı"nın üzvləri qərarlaşıblar. Bölgə təmsilçisinin qapıçısı Rikardo Fernandeş 35 qarşılaşmada 3150, cinah müdafiəçisi Rüfət Abbasov 36 görüşdə 3136 dəqiqə meydanda olub.
"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram (34 oyun) 3060 dəqiqə, "Səbail"in üzvü Dmitri Litvin (33 oyun) 2970 dəqiqə ilə beşinci sırada qərarlaşıb.
İlk "10-luq"da "Turan Tovuz"dan Aleks Serrano (34 oyun, 2966 dəqiqə), Emmanuel Hakman (34 oyun, 2931 dəqiqə), "Zirə"dən Ruan Renato (33 oyun, 2903 dəqiqə), "Araz-Naxçıvan"dan İqor Ribeyro (33 oyun, 2873 dəqiqə) və Urfan Abbasov (34 oyun, 2812 dəqiqə) yer alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 27 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















