Castin Biber ağır narkotik vasitələrdən istifadə edir? FOTO
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Castin Biberin produseri müğənninin ağır narkotik vasitələrdən istifadə etdiyi və həyat yoldaşı Heyli Biberlə evlilikdə problemlər yaşadığı barədə yayılan şayiələrə cavab verib.
Oxu.az xəbər verir ki, bunu TMZ nəşri müğənniyə yaxın mənbəyə istinadla xəbər yayıb.
"Castinin ağır narkotik qəbul etdiyi ilə bağlı təkrarlanan hekayələr tamamilə həqiqətə uyğun deyil. O, hazırda həyatının ən gözəl dövrlərindən birini yaşayır", - deyə nəşrə danışan şəxs bildirib.
Müğənninin produseri qeyd edib ki, Castin Biber həyat yoldaşı Heyliyə bir yaşlı oğlu Cek Blyuza baxmağa kömək edir və yeni musiqilər üzərində işləyir. Buna görə də son zamanlar paparatsiyaların çəkdiyi şəkillərdə o, yorğun görünüb.
Mənbə həmçinin bildirib ki, keçən il müğənni üçün "dönüş nöqtəsi" olub, çünki o, artıq ona fayda verməyən bir neçə yaxın dostluq və işgüzar münasibətlərinə son qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 25 Fevral 2025 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















