Icma.az
close
up
RU
Casus proqramlarına görə həbs olunmuş azərbaycanlı: İstənilən adamın telefonuna giriş edə bilərdik

Casus proqramlarına görə həbs olunmuş azərbaycanlı: İstənilən adamın telefonuna giriş edə bilərdik

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxilolmada və digər kibercinayətlərdə təqsirləndirilən "Zeromap" MMC-nin icraçı direktoru olan Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

İttiham aktına əsasən , "Zeromap" MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illlərdə fiziki və hüquqi şəxslərin mobil telefonlarına və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən casus proqramları əldə edib tətbiqə daxil olub.

Bundan başqa Tural Əliyev ABŞ və İsrail şirkətlərinə məxsus hamıya açıq olmayan məlumatlara giriş edərək kiberhücumlar təşkil edib.

Tural Əliyevə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.1 (kompyuter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.

Tural Əliyev ittihama münasibət bildirərək özünü qismən təqsirli bilib.

Məhkəmə ona sərbəst ifadə verməyi təklif edib.

Tural Əliyev qeyd edib ki, orta təhsilli olsa da, kompüter təminatı və proqramlaşdırma sahəsini akademik səviyyədə bilir:

"Əsasan audit işləri ilə məşğul olmuşam. Müəyyən proqramlar yaradaraq dövlətyönlü işlərdə istifadə olunmasını istəyirdim. Düşünürdüm ki, bu cür proqamları xarici ölkələrdən almaq əvəzinə özümüz yaradıb, yerli brend kimi istifadə edək".

Təqsirləndirilən şəxs hazırladığı proqramın imkanlarından danışıb:

"Yaratdığım proqram vasitəsilə istənilən fiziki və hüquqi şəxsin mobil telefonuna daxil olub, zəngləri və "whatsapp"dakı yazışmaları görmək mümkün idi. Casus olan proqramı test üçün öz mobil telefonuma yönəltmişəm. Həmin proqramı yalnız MBD ölkələri üçün bağlamışam. Rusiya, Azərbaycan üçün bu proqrama daxil olmaq olmur. Olan kimi sistem özünü məhv edirdi. Yaratdığım proqramlarla istənilən şəxsin telefonuna daxil olmaq olurdu. Bunun bir neçə yolu vardı. Həmin şəxsə zəng edəndə telefonu götürürdüsə, artıq telefona daxil olunurdu. Və yaxud sosial şəbəkələrdə bir foto göndərirsən, həmin fotonu açırsansa, o zaman telefona daxil olunurdu. Yenə də deyirəm ki, mən bunu yalnız öz telefonumda test etmişəm.".

Təqsirləndirilən şəxs qeyd edib ki, peşəkar haker sistemləri qurub, özünün yaratdığı casus proqramlarından istifadə edib: "Mən ABŞ-yə aid olan şirkətin sisteminə qanunsuz daxil olmuşam. Bunu nüfuz qarşılığında etmişəm, kiçik məbləğlərdə də pul almışam. ABŞ saytına girməkdə məqsədim sistemi yoxlamaq olub. Yalnız özümü tanıtmaq istəyirdim. Müdaxilələr qanunsuz olub. Daha sonra İsraildə yerləşən Belarusiyanın şirkətinin proqramına daxil olmuşam. Burada hər hansı bir gəlir olmayıb. Sadəcə öz yaratdığım sistemin nəyə qadir olduğunu bilmək istəyirdim. Çünki bu çox böyük maliyyə idi. Burada maddi xeyirdən çox nüfuzumu və özümü dünyaya tanıtmaq istəyirdim. Müəyyən kodları əldə etmişdim".

Tural Əliyev qeyd edib ki, yaratdığı həmin proqramları dövlət orqanlarına vermək niyyəti olub: "Həmin proqramlar sınaqdan keçirilməli idi. Çünki kiməsə təqdim edəndə sınaqdan keçməyən proqramı qəbul etmir. Bu məqsədlə də Azərbaycanda olan bir şirkətin kompüter proqramına daxil olmuşam. Amma heç bir əməliyyat keçirməmişəm. Mən "Facebook", "Google" və digər sosial şəbəkələrdə boşluqlar tapmışam. Bunun qarşılığında da mükafatlar almışam.".

Növbəti proses martın 18-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Mart 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri