Icma.az
close
up
RU
Azərbaycanlı hakerdən şok əməllər: İstənilən fiziki və hüquqi şəxsin mobil telefonuna daxil olub...

Azərbaycanlı hakerdən şok əməllər: İstənilən fiziki və hüquqi şəxsin mobil telefonuna daxil olub...

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Şəmkir rayon sakini Tural Rasim oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən proqramları əldə edərək tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.

Belə ki , o, 2021-ci illərdə kompüter texniki avadanlıqlarından istifadə edərək yerli və xarici fiziki, hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib.

Bundan başqa, o, ABŞ və İsrail şirkətlərinə məxsus hamıya açıq olmayan məlumatlara giriş əldə edib.

Tural Əliyev Cinayət Məcəlləsinin 271.2.1-ci (kompyuter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham olunaraq həbs edilib.

Daha sonra ifadə verən Tural Əliyev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, əvvəllər əhəmiyyətli mühüm layihələr üzərində çalışıb. Onun sözlərinə görə, vəzifəsi İT üzrə olub: “İstehlak etmək, proqramların qurulması işləri üzərində işləmişik. Hər hansı telefonlara daxil olaraq izləmələr olmayıb. Bu proqramları şəxsən özüm üçün yoxlamışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, peşəkar haker sistemləri qurub, özünün yaratdığı casus proqramlarından istifadə edib: “Mən ABŞ-yə aid olan şirkətin sisteminə qanunsuz daxil olmuşam. Bunu nüfuz qarşılığında etmişəm, kiçik məbləğlərdə də pul almışam. Amerika saytına girməkdə məqsədim sistemi yoxlamaq olub. Müdaxilə qanunsuz olub”.

Tural Əliyev əlavə edib ki, yaratdığı həmin proqramları dövlət orqanlarına vermək niyyəti olub: “Lakin həmin proqramlar sınaqdan keçirilməli idi. Çünki kiməsə təqdim edəndə sınaqdan keçməyən proqramı qəbul etmir. Bu məqsədlə də Azərbaycanda olan bir şirkətin kompüter proqramına daxil olmuşam. Amma heç bir əməliyyat keçirməmişəm. Mən “Facebook”, “Google” və digər sosial şəbəkələrdə boşluqlar tapmışam. Bunun qarşılığında da mükafatlar almışam”.

Təqsirləndirilən şəxs söyləyib ki, İsrail şirkətinə məxsus sistemə daxil olub, oradan əldə etdiyi məlumat kodlarını nüfuz əldə etmək üçün müəyyən yerlərdə paylaşıb. Onun sözlərinə görə, həmin şirkət İsrailə aid olsa da, Belarusda yerləşir.

Növbəti proses martın 18-də keçiriləcək.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Mart 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri