Icma.az
close
up
RU
“İstənilən adamın telefonuna girə bilərdik” həbs olunan kibercinayətkar

“İstənilən adamın telefonuna girə bilərdik” həbs olunan kibercinayətkar

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"ZeroMap" MMC-nin yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etmə ittihamı ilə həbs edilmiş icraçı direktoru Tural Əliyev hakim qarşısına çıxarılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tural Əliyev 2014-2018-ci illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yükləməklə cinayətkar plan həyata keçirməkdə ittiham olunur.

Bu kibertəhlükənin qarşısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən alınıb. Turalın yeri müəyyən edilərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxil olma - təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə yekun ittiham elan edilib.

T.Əliyevin işinə hazırda Yasamal Rayon Məhkəməsində baxılır. İlk baxış iclasında əvvəlcə ittiham aktı elan edilib. 

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüuter sistemlərinə müdaxilə edib, mesajlarını oxuyub. 

Bundan əlavə, Tural kiberhücumlar nəticəsində Amerika və İsrail şirkətlərinin hamıya açıq olmayan məlumatlarına giriş əldə edib. 

Prosesin davamında müttəhim qısa ifadə verib. Tural üzərindəki ittihamların bəzilərini qəbul edib, özünü qismən təqsirli bilib. 

İfadəsindən görünür ki, Tural əvvəllər İnformasiya Texnologiyaları sahəsində əhəmiyyətli layihələr üzərində işləyib. O, özünün yaratdığı casus proqramlarından bəhs edib: "Mən peşəkar haker sistemləri qurub casus proqramlarından istifadə etmişəm. Bununla da ABŞ-yə də aid olan şirkətin sisteminə qanunsuz daxil olmuşam. Amma bunu nüfuz qarşılığında etmişəm, kiçik məbləğlərdə də pul almışam. Düzdür, müdaxilə qanunsuz olub, amma Amerika saytına girməkdə məqsədim sistemi yoxlamaq idi".

Turalın dediyinə görə, yaratdığı proqramları dövlət orqanlarına vermək istəyirmiş. Amma həmin proqramlar sınaqdan keçirilməlidiyi üçün bu, mümkün olmayıb: "Sınaqdan keçməyən proqramı qəbul etmirlər. Bunun üçün də Azərbaycanda olan bir şirkətin kompüter proqramına daxil olmuşam, lakin heç bir əməliyyat həyata keçirməmişəm. 

Onu da deyim ki, mən "Facebook", "Google" və digər sosial şəbəkələrdə boşluqlar tapmışam. Bunun qarşılığında da mükafatlar almışam".

Proses martın 18-i davam edəcək.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Mart 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri