Icma.az
close
up
RU
Casus şəbəkəsi, kütləvi qətllər və amansız lider Stalin Sovet kəşfiyyatçılarının qətlinə niyə göstəriş verdi? KONKRET

Casus şəbəkəsi, kütləvi qətllər və amansız lider Stalin Sovet kəşfiyyatçılarının qətlinə niyə göstəriş verdi? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

O, Qərbi Avropada sovet kəşfiyyat şəbəkəsini yaradıb və illərlə NKVD-yə sədaqətlə xidmət edib, günahsız insanların qırğınlarına göz yumub. Amma günlərin birində hər şey dəyişib və Moskva onu təcili Parisdən geri çağırıb. Onu nə gözlədiyini anlayan təcrübəli casus İqnatius Reiss Stalini bütün sirlərin açılması ilə hədələməyə başlayıb. Amma cəmi iki ay sonra onun parçalanmış cəsədi İsveçrədə tapılıb.

1937-ci ilin yayında müxtəlif bəhanələrlə xaricdə qeyri-qanuni fəaliyyət göstərən onlarla NKVD zabiti Moskvaya geri çağırıldı. Onların əksəriyyəti Daxili İşlər Xalq Komissarı Genrix Yaqodanın həbsindən və Nikolay Yejovun onun yerinə təyin edilməsindən sonra NKVD-nin özündə baş verən “təmizləmələrin” qurbanı oldular. Həmin yay Fransada işləyən sovet kəşfiyyatçısı İqnatius Reiss də SSRİ-yə qayıtmaq əmri alır. Baş verən təmizlənmədən xəbərdar olan və dərhal SSRİ-də həbs olunacağını başa düşən İqnatius Reiss xaricdə qalmağa qərar verir.

Sentyabrın əvvəlində isə İsveçrənin Lozanna yaxınlığındakı Puy şəhərinin sakini amansızlıqla qətlə yetirilən cəsəd aşkar edir. Hadisə yerinə gələn istintaqçılar öldürülən şəxsin bədənində 12 güllə yeri müəyyən ediblər. Həmin güllələrdən beşi sifətinə vurulub və onu tanınmaz dərəcədə eybəcər hala salıb. Onun burada öldürülmədiyi açıq-aydın hiss olunurdu. İzlər cəsədin yaxınlıqdakı magistral yoldan sürükləndiyini göstərirdi. Yerli sakinlərdən heç biri atəş səslərini eşitməyib. Öldürülən kişinin cibində Hermann Eberhardın adına pasport, Steff Brandın adına qatar bileti var idi və onun əlində qadın saçının bir hissəsi qalmışdı.

Tezliklə polis küçələrdən birində boş avtomobil tapıb. “Naməlum adam”ın öldürülməsi xəbəri dərhal bütün qəzetlərin manşetinə çıxarılıb. Bir neçə gün sonra məlumatı oxuyan və söhbətin ərindən getdiyini anlayan qadın polisə müraciət edib. Dul qadın şəxsiyyəti müəyyən etdikdən sonra etiraf edib ki, onun əri İqnatius Reiss Sovet kəşfiyyatı məlumatlarını pozduğu üçün təhlükəsizlik işçiləri tərəfindən öldürülüb.

Əslində, Lüdviq ləqəbli İqnatius Stanislavoviç Reiss, Natan Markoviç Poretski adlanırdı. O, 19-cu əsrin sonlarında o vaxt Avstriya-Macarıstanın tərkibində olan Podvolochisk şəhərində anadan olub. İlk təhsilini o vaxt artıq polyaklaşan Lvovda alıb. Dəmir yolunda işləməyə başlayıb, lakin 1919-cu ildə Polşada kommunist hərəkatına qoşulub. Növbəti il isə Moskvaya köçüb, bolşevik sıralarına qoşulmuşdu. Sonra gözlənilmədən Lvova qayıtmışdı. O, iki il orada yaşadıqdan sonra, ölkədə qeyri-qanuni, sovetyönlü ədəbiyyat yaydığına görə həbs edilmişdi. Poretski 5 il həbs cəzası alıb , lakin o, həbsdən qaçaraq Almaniyaya sığınmışdı.

Sovet kəşfiyyatının əmrlərini yerinə yetirərək Berlin, Vyana, Amsterdam və Londonda çox ciddi işlər aparır, bir çox qeyri-qanuni sovet kəşfiyyatçıları ilə əlaqə saxlayırdı. 30-cu illərin əvvəllərində o, Valter Krivitskinin müavini oldu. Krivitski daha sonra Qərbi Avropada sovet hərbi kəşfiyyatının qanunsuz rezidensiyasına rəhbərlik edirdi. Poretski SSRİ-yə qayıtmaq əmrini alana qədər son illərini Parisdə keçirdi. 1937-ci ilin iyulunda Parisdəki Sovet Ticarət Nümayəndəliyinə Partiya Mərkəzi Komitəsi üçün nəzərdə tutulmuş məktub göndərdi. Orada bildirirdi ki, onun geri qayıtmaq fikri yoxdur. Reiss Mərkəzi Komitəyə Stalinist əks-inqilabdan ayrıldığını bildirdi. Daha sonra Stalini və NKVD-ni ifşa edən sənədləri etibarlı yerdə saxladığını, başına bir şey gəlsə, bunların hamısının dərc olunacağıyla Sovet rəhbərliyini təhdid edirdi.

Bundan sonra Reiss arvadı və oğlunu da götürüb İsveçrənin ucqar dağ kəndlərindən birinə qaçdı. Orada təxminən bir ay gizləndi. O, ABŞ-yə köçməyə hazırlaşırdı. Amma o kəşfiyyatçıya yaraşmayan səhvlər buraxdı. Səfirliyə məktub göndərən zaman onun kimliyi dərhal məlum oldu və Sovet kəşfiyyatı Reissin yerini müəyyən etdi.

Onun qətli uzun müddət araşdırıldı və müzakirə olundu. Bəzi versiyalara görə, Reisin xəyanətindən xəbər tutan Stalin, Yejova onu arvadı və uşağı ilə birlikdə məhv etməyi əmr etdi. İddialara görə, xüsusi icraçılar qrupu dərhal Moskvadan Reisin gizləndiyi İsveçrəyə yola düşüb. Yerli sakinlər gizlənən şəxsin tapılmasına kömək ediblər. Kəşfiyyatçılar Poretsky ailəsinin ən sadiq dostu Gertrud Şildbaxla əlaqə saxlayıb və onun köməyi ilə casusun izinə düşə biliblər. Sentyabrın 4-də axşam Poretskini Lozanna yaxınlığındakı restorana dəvət edən Şildbax onu yaxınlıqda maşında gözləyən qatillərə təhvil verib. Yerli polis həmçinin NKVD-nin sıravi zabitləri olduğu iddia edilən qatilləri də müəyyən edə bilib. Lakin Gertrud Şildbax və onun əlaltıları aradan çıxa biliblər. Onun qaldığı oteldə polis strixninlə zəhərlənmiş bir qutu şokolad da tapıb. Dul qadının dediyinə görə, Reiss yoxa çıxan ərəfədə onlara baş çəkməyə gələn Şildbax bu qutunu uşağa hədiyyə edib. Ancaq sonra həmin qutudakı şokaladı güclə onların əlindən alaraq aparıb.

Cinayətkarların izinə düşmək heç vaxt mümkün olmayıb. Sonda mühakimə olunan yeganə şəxs polisin küçələrdən birində tapdığı və qan içində olduğu avtomobili icarəyə götürən qadın Renata Steiner idi. Lakin onun qətldə əli olduğunu sübut etmək mümkün olmayıb. O, avtomobili tanışı Sergey Efronun xahişi ilə xeyli əvvəl icarəyə götürdüyünü və bu avtomobilin hansı məqsədlə istifadə olunacağını bilmədiyini deyib. Efron özü də qətl günü İspaniyada olub və məhkəməyə ifadə verməyə çağırılanda isə artıq SSRİ-də idi.

Poretskinin həyat yoldaşı Elizaveta daha sonra Amerkaya getdib və yenidən ailə həyatı qurub. Daha sonra o, birinci ərinin həyatı və ölümü haqqında “Dzerjinskinin gizli agenti” kitabını yazıb və burada 37-ci ilin yayında yazdığı məktubun tam versiyasını verib. Həmin məktubdan bəzi fraqmentləri təqdim edirik: “Bu gün sizə yazdığım məktubu çoxdan, “atanın” əmri ilə “on altı”nın Lubyankanın zirzəmilərində öldürüldüyü gün yazmalıydım. Amma mən o zaman susdum. Sonrakı qətllər zamanı etiraz səsimi qaldırmadım və buna görə də böyük məsuliyyət daşıyıram. Günahım böyükdür, amma çalışacağam ki, bunu tez düzəldim ki, vicdanım rahatlaşsın. Son on ildəki bütün cinayətlərə görə sosializm mühakimə olunmalıdır. Heç nə unudulmayacaq və heç nə bağışlanmayacaq. Tarix sərt xanımdır. “Dahi lider, xalqların atası, sosializm günəşi” bütün əməllərinə görə cavab verməlidir”.

Poretskinin 1928-ci ildə “proletar inqilabı qarşısında xidmətlərinə görə” təltif olunduğu Qırmızı Bayraq ordenindən imtina etməsi də Stalinin xoşuna gəlməmişdi. Uzun illər NKVD-də minlərlə günahsız insanın öldürüldüyünün şahidi olan Reissi özünün ölüm fərmanını elə o zaman vermişdi.

Vəli Həsənov,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri