Icma.az
close
up
RU
Türkiyədə Çin casus şəbəkəsi İFŞA OLUNDU Əməliyyatın ŞOK DETALLARI KONKRET

Türkiyədə Çin casus şəbəkəsi İFŞA OLUNDU Əməliyyatın ŞOK DETALLARI KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Türkiyə xüsusi xidmət orqanları ölkədə fəaliyyət göstərən ən mürəkkəb texnoloji casus şəbəkələrdən birini, Çin kəşfiyyat qrupunu aşkara çıxarıb. Bu şəbəkə saxta baza stansiyalarından istifadə edərək Türkiyə rəsmilərini izləyirmiş.

Ankarada casusların avtomobillərində adi mobil rabitə qüllələrinin siqnallarını təqlid edən “IMSI-catcher” tipli cihazlar aşkarlanıb. Bu qurğular vasitəsilə 50 metr radiusda olan mobil telefonlardan zənglər, mesajlar, yer məlumatları və digər həssas informasiyalar toplanıb. Hadisə zamanı Çin vətəndaşı olan 7 şübhəli şəxs cinayət başında yaxalanaraq saxlanılıb.

KONKERT.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

İstintaqın məlumatına görə, casus şəbəkəsinin lideri, baş hərfləri Z.L. olan Çin vətəndaşı beş il əvvəl Türkiyəyə gəlib. O, türk dilini öyrənib, logistika və xarici ticarət sahəsində formal şirkətlər quraraq casusluq əməliyyatları üçün zəmin hazırlayıb.

Əməliyyatın öz-özünü maliyyələşdirdiyi bildirilir. Casuslar adi Türkiyə vətəndaşlarının bank hesablarını sındıraraq oğurlanmış vəsaitləri öz fəaliyyətlərinə yönəldiblər. Əsas hədəf isə Uyğur diasporasının nümayəndələri və Çin hakimiyyətinin Pekinə qarşı simpatiyada şübhələndiyi türk məmurları olub.

Mənbələrin verdiyi məlumata görə, “IMSI-catcher” cihazları aşkarlanmamaq üçün hissə-hissə ölkəyə gətirilib: antenalar, batareyalar və digər komponentlər müxtəlif insanlar tərəfindən və müxtəlif reyslərdə daşınıb.

Casus şəbəkəsi İstanbul, İzmir, Manisa, Balıkesir və Bursa şəhərlərində aktiv şəkildə fəaliyyət göstərib, uyğurların və onlarla əlaqədə olan şəxslərin hərəkətlərini və əlaqələrini izləyib. Xüsusilə aktivistlərlə dövlət qurumları arasındakı əlaqələrin toplanmasına diqqət yetirilib.

Z.L. peşəkar şəkildə hazırlanmış agent hesab olunur, digər üzvlər Türkiyə mənbələrinin dediyinə görə xüsusi bacarıqlara malik olmayıblar. Məsələn, Z.Y.B. adlı şəxs yalnız ibtidai təhsilə malik olub və cihazların daşınması və müəyyən nöqtədə aktivləşdirilməsi işini görüb. Digər bir üzv W.R. isə özünü lift texniki kimi təqdim edib.

Şübhəlilər casus şəbəkəsinə aid olduqlarını və bir-birilərini tanımadıqlarını iddia etsələr də, istintaq onların mütəmadi görüşdüyünə və əlaqədə olduqlarına dair sübutlara malikdir.

Türkiyə hakimiyyəti bu hadisəni ölkədə indiyədək ifşa olunmuş ən genişmiqyaslı və texnoloji cəhətdən inkişaf etmiş casusluq işi adlandırır. Digər ölkələrin məsələn, İsrail və ya İranın casus şəbəkələrindən fərqli olaraq, Çin qrupu yerli agentlər və ya özəl detektivlər deyil, qabaqcıl texnologiya vasitəsilə və yalnız öz adamları ilə fəaliyyət göstərib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 May 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri