Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Casusların ifşa edilməsi:

Casusların ifşa edilməsi:

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Hər bir dövlət müəyyən olunmuş bir idarəçilik prinsipi ilə fəaliyyət göstərir. Bu prinsiplər dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarının qarşılıqlı əlaqələrini, həmçinin vətəndaşlarla olan münasibətlərini tənzimləyir. Əlbəttə , hər bir ölkənin daxilində yürüdülən siyasətə qarşı çıxanlar, qərarlarını tənqid edənlər də olur. Çünki insanlar fərqli düşüncə tərzinə və baxış bucaqlarına malikdirlər. 
Müşahidə etsək görərik ki, çox hallarda insanlar arasında fikir ayrılıqları ölkələrdə qarşıdurmaya, xaosa gətirib çıxarır. Nəticə etibarı ilə hər bir dövlətin içində onun siyasətinə qarşı çıxanlar və ölkə daxilində sabitliyi pozmağa çalışanlar var.
Türkiyədə çevrilişə cəhd edənlər uğursuzluğa uğradı

Götürək qardaş ölkə Türkiyəni. Bu ilin mart ayında İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəhbəri Ekrem İmamoğlu saxlanılıb. O, dövlət məmurunu təhqir etmək, terrorla mübarizədə vəzifə almış şəxsləri hədəf göstərmək, siyasi casusluqda ittiham olunur. Onu da deyək ki, İmamoğlu ilə yanaşı, yüzdən çox şəxs barəsində müxtəlif ittihamlarla saxlanma qərarı çıxarılıb. Türkiyə tarixində ötən illərə nəzər salsaq belə hallar bir neçə dəfə müşahidə olunub. 2024-cü ildə Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunun bələdiyyə sədri Əhməd Özər "PKK/KCK" terror təşkilatına üzv olmaqda ittiham edilərək, məhkəmə tərəfindən həbs edilib. Bundan başqa, Ankara, İzmir və digər şəhər bələdiyyələrinə qarşı hüquqi iddiaların qaldırılması Türkiyənin suverenliyini qorumaq mübarizəsi kimi qiymətləndirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə qeyd edib ki, Türkiyə dövlətinə və onu siyasətinə qarşı çıxmaq, xüsusilə terror, çevriliş cəhdi və milli birliyə zərbə vuranlar qanun qarşısında cəzasız qalmayacaqlar.
ABŞ sərt bəyanatlar verir, Çində edam cəzası tətbiq olunur

Dünyanın supergücü hesab edilən ABŞ-də də zamanla ölkə daxilindəki təhlükələr sezilərək, hakimiyyətə qarşı çıxanlar cəzalandırılır.ABŞ Prezidenti Donald Tramp dəfələrlə çıxışlarında casuslar və dövlət sirrini sızdıranlar barədə çox sərt bəyanatlar verib. Hətta Tramp administrasiyası illər öncə İran, Suriya və Şimali Koreya üçün işləyən bir neçə amerikalını həbs etdirmiş, yüksək vəzifəli şəxslər istintaqa cəlb olunmuşlar.Digər ölkələr Çində, Qazaxıstanda, Özbəkistanda, Gürcüstanda da dövlətin ideoloji sərhədlərini qorumaq onun varlığını və kimliyini saxlamaq əsas şərtdir. Çünki son 20 ildə bir çox ölkələrdə xarici agentlər və dövlətə satqınlıq halları artıb. Ona görə də əksər ölkələrdə rəqəmsal təhlükəsizlik və casusluğa qarşı qanunlar sərtləşdirilib.Məsələn, Çində son illərdə dövlətə xəyanət edən neçə-neçə vətəndaşlar edam cəzasına məhkum olunub. Misal olaraq deyək ki, Çin hökuməti elmi tədqiqat mərkəzlərindən birinin əməkdaşı, Xuanq Yu adlı şəxsi ölüm cəzasına məhkum edib. Onu məxfi məlumatları satmaqda ittiham ediblər.
Azərbaycanda da dövlətə xəyanət edənlər sərt cəzalandırılmalıdır

Təəssüflə qeyd etməliyik ki, artıq bu hallar Azərbaycanda da müşahidə olunur. Dövlət çevrilişinə cəhd, casusluqla bağlı saxlanılanlar var. Son aylarda Azərbaycan ictimaiyyətində rezonans doğuran 2 qalmaqalla ölkə silkələndi. Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib. Belə ki, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri üzrə cinayət işi başlanıb.

Ramiz Mehdiyevin həbsindən bir ay öncə isə ölkə gündəmini silkələyən daha bir qalmaqal SOCAR-ın keçmiş rəsmisi Adnan Əhmədzadənin DTX tərəfindən saxlanılması və barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi oldu. Bu şəxslər dövlətin imkanlarından, vəzifələrindən istifadə edib çevrilişə, təxribata, rüşvətxorluğa əl atanlardır. Onlar anlamayıblar ki, dövlətin verdiyi imkanlar, etimad həmin dövlətə xidmət üçün istifadə olunmalıdır, ona qarşı yönəlməməlidir. Azərbaycanda da dövlətə qarşı çıxanlara və onların ardınca getmək istəyənlərə qarşı mübarizə aparılmalıdır.

Bir sözlə, dilindən, irqindən, dinindən asılı olmayaraq hər bir dövlətdə xəyanət və casusluq edən kim varsa, gec-tez araşdırılıb üzə çıxarılır və lazımı cəzaya məhkum olunur. Azərbaycan da bu yolda heç bir ölkədən geridə qalmır. Necə ki, ölkənin iqtisadi gücü ildə-ilə artırılır, insanların rifah halı günü-gündən yaxşılaşır, eyni zamanda da xəyanət yolunu tutanlar, dövlətə qarşı çıxanlar da cəzasını alır ki, insanlar rahat yaşasınlar. Bu xəmir hələ çox su aparana oxşayır və araşdırmalar  “agent” fəaliyyəti ilə məşğul olan hələ neçə-neçə xəyanətkar ortaya çıxa bilər. Onlara qarşı mübarizə isə davam etməlidir. Necə ki, Azərbaycan bütün dünyaya gücünü sübut edib Qarabağı işğaldan azad etdi, eləcə də bütün dünya bilməlidir ki, dövlətimiz öz daxilində də xəyanətkarlıq, casusluq edən qrupları məhv etmək iqtidarındadır. Bu, Qarabağda mövcud olmuş separatçı rejimin kökünün kəsilməsi qədər önəmli məsələdir.
Nurlana Əhmədova
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://missiya.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri