İran nüvə silahı ilə bağlı sazişdən çıxmağa hazırlaşır
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən (NPT) çıxmasının araşdırılması qaçılmazdır.
Bu, İranın Ekspertlər Şurasının bəyanatında öz əksini tapıb.
“İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən çıxmasının araşdırılması, ölkənin müdafiə doktrinasına yenidən baxılması və lazımi önləyiciliyin yaradılması qaçılmaz zərurətdir. Bu isə milli tələbə çevrilib”, - deyə bəyanatda qeyd olunub.
Bəyanatda bildirilib ki, ölkə rəsmilərinin İranın Ali Lideri Seyid Müctəba Xameneinin istiqamətləndirməsindən faydalanaraq bu istəyə diqqət yetirəcəyi gözlənilir.
Bəyanatda əlavə olunub ki, qarşı tərəflər yenidən İrana hücuma başlamaq istəyərlərsə, İranın Ali Liderinin bildirdiyi kimi, qətiyyətli və effektiv cavab coğrafi məhdudiyyət olmadan həyata keçiriləcək. İranın Xarici işlər Nazirliyi də bu istiqamətdə addım atmalı və İranın qətiyyətli cavabını bütün ölkələrə, xüsusilə qonşu ölkələrə çatdırmalıdır.
“Qonşu ölkələr minlərlə kilometr uzaqdan gələn əcnəbi ölkələrin iştirakının regiona xeyri olmadığını bilir. Əcnəbi ölkələr regionun təhlükəsizliyinə kömək etməməklə yanaşı, destabilliyin əsas səbəbidir”, - deyə bəyanatda qeyd olunur. /Trend
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 12 Noyabr 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















