Cavabdeh şəxslər hara baxır? Aparıcı gecə tikintisindən şikayətləndi
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Aparıcı İlqar Mikayıloğlu yaşadığı ərazidə gecə saatlarında tikinti işləri aparılmasından şikayətlənib.
AZXEBER.COM xəbər verir ki, o, Əhməd Rəcəbli, Fətəli Xan Xoyski və Təbriz küçələrinin kəsişməsində tikinti şirkətinin qanunsuzluq etdiyini bildirib.
Video yayımlayan İ.Mikayıloğlu "Niyə qanunlar işləmir? Gecə saat 12-nin yarısıdır, Əhməd Rəcəbli, Fətəli Xan Xoyski və Təbriz küçələrinin kəsişməsində tikinti işi gedir. Niyə? Qanunvericilik bunu qadağan edib axı. Gecə yarısı hansısa tikinti işi görülməməlidir. Cavabdeh şəxslər bunu görməməzlikdən gəlir. Ətrafda yaşayış evləridir, insanlar yatmaq istəyir. Amma burada tikintidir. Olmaz ki, günorta normal vaxtda işləyəsiniz? Gərək gecə getsin iş? Nə məsələdir?" sözlərini deyib.
///Axşam.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 22 Aprel 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















