Paşinyanın partiyasından Ermənistanda hərbi əməliyyat fikrinə REAKSİYA
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ermənilərə və Ermənistana olan “sevgi”sini daim nümayiş etdirən təbliğatçı Solovyov Ermənistanda da “xüsusi hərbi əməliyyat” keçirilməsini tələb edir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Arusyak Culakyan deyib.
“Bu, Ermənistan Respublikasına qarşı düşmən mövqeyin açıq təzahürüdür və mütləq adekvat cavab almalıdır. Buna Ermənistanın cavabı nə olmalıdır? Ən azı Solovyov Ermənistan tərəfindən ona verilmiş Fəxri ordenindən məhrum edilməlidir. Bu, Ermənistanın atmalı olduğu minimum addımdır.
Sənə müsbət yanaşanları belə özünə düşmən etmək üçün xüsusi “istedad” lazımdır. Solovyov Deyl Karneginin “Dostları necə qazanmalı” kitabını götürüb onun əksini “Düşmənləri necə qazanmalı” adlı kitab yazmalıdır. Balta bəzən kömək edə bilər, amma uzunmüddətli perspektivdə ən yaxşı fikir deyil”, – A.Culakyan bildirib.
Safura Bənnayeva
Globalinfo.az
Baxış sayı:87
Bu xəbər 12 Yanvar 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















