Icma.az
close
up
RU
4 növ xərçəngin əsas səbəbi AÇIQLANDI

4 növ xərçəngin əsas səbəbi AÇIQLANDI

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Artıq çəki təkcə zahiri görünüş problemi deyil, həm də təhlükəli xəstəliklərin inkişafı üçün risk amilidir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Britaniyanın Cancer Research UK xeyriyyə təşkilatının alimləri bildiriblər ki, piylənmə onkoloji xəstəliklərin yaranması üçün əsas risk faktorlarından biridir. Onların qiymətləndirməsinə görə, artıq çəkinin sağlamlığa vurduğu zərər artıq siqaret çəkmə ilə müqayisə oluna bilər. Məhz buna görə mütəxəssislər piylənməni getdikcə daha çox “yeni siqaret” adlandırırlar.

Bu iki amili müqayisə edərkən tədqiqatçılar onların orqanizmə kanserogen təsirini əsas götürüblər. Mütəxəssislərin məlumatına görə, artıq yağ toxuması xərçəngin inkişaf mexanizmlərini uzun illər davam edən siqaret vərdişi qədər aktiv şəkildə işə sala bilir. Xüsusilə piylənmə ən azı dörd növ bədxassəli şişlə birbaşa əlaqələndirilir: bağırsaq, yumurtalıq, böyrək və qaraciyər xərçəngi. Artıq çəki problemi şəxsi məsuliyyət çərçivəsindən çıxıb.

Onların sözlərinə görə, milli səhiyyə sistemləri piylənmə epidemiyası ilə təkbaşına mübarizə aparmaq gücündə deyil. Real dəyişikliklər üçün ailələrin, qida sənayesinin, təhsil qurumlarının və dövlətin birgə səyləri tələb olunur. Buraya məhsulların tərkibinin tənzimlənməsi və uşaqlıqdan sağlam vərdişlərin formalaşdırılması da daxildir.

Alimlər piylənmə ilə xərçəng arasındakı əlaqə mexanizmini bir neçə proseslə izah edirlər. Orqanizmdə artıq yağ toxuması olduqda estrogen və insulin səviyyəsi yüksəlir, bu da hormonal tarazlığı pozur. Eyni zamanda xroniki iltihabi reaksiyalar güclənir ki, bu da hüceyrə bölünməsinə nəzarəti zəiflədir və onların bədxassəli dəyişmə riskini artırır. Toplanmış elmi məlumatlara əsaslanaraq mütəxəssislər hesab edirlər ki, piylənmə ən azı 13 növ xərçəngin yaranmasının yeganə və ya əsas səbəbi ola bilər.

Bu siyahıya mədə, bağırsaq, mədəaltı vəzi, böyrək, süd vəzi, yumurtalıq, uşaqlıq, qaraciyər, ağciyər və sümük iliyi şişləri daxildir. Əlavə tədqiqatlar göstərir ki, bədən çəkisinin hətta 5-10 faiz azalması belə iltihab səviyyəsini azaltmağa, hormonal fonu normallaşdırmağa və onkoloji riskləri aşağı salmağa qadirdir.

Müntəzəm fiziki aktivlik, ultraemal olunmuş məhsulların, şəkər və transyağların həddindən artıq istifadəsinin məhdudlaşdırılması, eləcə də kifayət qədər yuxu onkoloqlar tərəfindən vacib profilaktik tədbirlər kimi qiymətləndirilir. Beləliklə, bu gün çəkinin nəzarətdə saxlanılması təkcə xarici görünüş məsələsi deyil, həm də xərçəng riskinin azaldılması və aktiv ömrün uzadılması üçün əsas şərtlərdən biri hesab olunur.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Yanvar 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri