Icma.az
close
up
RU
Cavad nəslindən olan azərbaycanlı gənc alim Macarıstanda qalib oldu

Cavad nəslindən olan azərbaycanlı gənc alim Macarıstanda qalib oldu

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva Macarıstanın Milli İdarəetmə Universitetinin nüfuzlu Ludovika Alimlər Proqramının qalibi olub.

Ludovika Alimlər Proqramı (Ludovika Scholars Program) — Macarıstanın Budapeşt şəhərində yerləşən Milli İdarəetmə Universiteti tərəfindən həyata keçirilən beynəlxalq və nüfuzlu elmi proqramdır. Bu proqramın məqsədi dünyada müxtəlif sahələr üzrə elmi araşdırmalar aparan, liderlik keyfiyyətləri və yüksək akademik göstəricilərə sahib alimləri bir araya gətirmək, onların təcrübəsini bölüşmək və tədqiqat mühitini gücləndirməkdir.

Proqramın azərbaycanlı qalibi Nərgiz Hacıyeva Teleqraf-a danışarkən prosesin olduqca rəqabətli şəkildə keçdiyini bildirib:

“Ludovika Alimlər Proqramı Macarıstan Milli İdarəetmə Universiteti tərəfindən həyata keçirilən nüfuzlu elmi layihədir. Universitet 1990-cı ildə təsis olunub və bu illər ərzində bir çox dövlət xadimi, diplomat və akademik məzun yetişdirib. 2009-cu ildən etibarən hər il Ludovika Alimlər Proqramı elan olunur. Bu günə qədər proqramda heç bir azərbaycanlı qadın alim iştirak etməyib. İndiyədək yalnız iki kişi iştirakçı Azərbaycandan seçilib”.

Xanım tədqiqatçı qeyd edib ki, iştirak üçün namizədlərdən elmi nəşrlərin siyahısı, liderlik bacarıqları, əldə etdikləri qrantlar və qonaq məruzəçi kimi iştirak etdikləri xarici universitetlərin siyahısı tələb olunur:

“Proqram iştirakçılarından yüksək elmi fəaliyyətlər tələb olunur. Təqdim etdiyim layihədə su diplomatiyası və siyasi elmlərin qarşılıqlı əlaqəsini təhlil edilib. Layihə işğaldan azad olunmuş ərazilərdə su resurslarının idarə olunmasında qadın alim və xanımların rolu əks olunub. Münsiflər heyəti tərəfindən bəyənilib.
Bu ilin oktyabr ayında iki həftəlik qonaq professor kimi Budapeştə dəvət olundum. Həmin müddətdə konfliktologiya sahəsində həftədə 4 saat mühazirələrdə iştirak edəcəm. Proqram çərçivəsində iştirakçılara yüksək məbləğdə qrant verilir və rəsmi təltif mərasimi keçirilir. Bu nüfuzlu proqram hər il yüksək şəraitdə keçirilir. Qaliblərin seçimi Macarıstanın tanınmış iqtisadi və siyasi alimlərindən ibarət münsiflər heyəti tərəfindən həyata keçirilir. Dünya üzrə 250-300-dən çox tədqiqatçının müraciət etdiyi proqramda yalnız akademik göstəriciləri və elmi potensialı yüksək olan namizədlər seçilir. Bu da o deməkdir ki, hər ölkədən iştirakçı seçilmir və iştirak hüququ qazanmaq kifayət qədər çətindir”.

Xatırladaq ki, 1993-cü il təvəllüdlü Nərgiz Hacıyevanın ata tərəfi Cavad xan nəslindəndir.

O, 2014-cu ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər” ixtisasını bakalavriat səviyyəsini, 2017-ci ildə isə Litva və Fransa dövlətlərinin ayırdığı təqaüd hesabına Vitautas Magnus Universitetinin və Sciences PO-nun “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisasının magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirib.

Avropa Diplomatik Akademiyasının (European Academy of Diplomacy) “Avropa İttifaqının xarici siyasəti” adlı proqramının qrantla fəxri məzunudur.

O həmçinin ABŞ-nin Miçiqan Universitetinin nüfuzlu və yüksək UM “Weiser” fəxri post-doktoral təqaüdünə layiq görülən ilk və yeganə azərbaycanlı xanım siyasi alimdir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 May 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri