Icma.az
close
up
RU
Cavadın itən planşetinin sonu

Cavadın itən planşetinin sonu

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Gədəbəy-Şəmkirdən Bakıya gələndə, Dəllər stansiyasında – polis məntəqəsinin qarşısındakı skamyada Cavad planşetini unudub. Biz bu barədə qatar yola düşəndən sonra xəbər tutduq. Dərhal bələdçiyə məlumat verdik. O bildirdi ki, stansiya ilə əlaqə saxlayacaq və bizə məlumat verəcək.

Bir neçə saatlıq gözləmədən və bir neçə dəfə xatırlatmadan sonra dedi ki, “planşet hələ tapılmayıb”. Daha sonra məsləhət gördülər ki, Dəmir Yolu Polis İdarəsinə müraciət edək – kameralar açılsa, planşetin hara aparıldığını izləyə bilərik.

Dəmir Yolu Polis İdarəsində tam sakitlikdir. Birinci gün olsa da, bayram olduğuna görə yalnız növbətçi hissə iş başındadır. Polis nəfəri şikayətimi dinləyəndən sonra məni növbətçi əməliyyatçının yanına yönləndirdi. Otaq yuxarı mərtəbədə idi. Əməliyyatçı Səfərovun otağı kiçik olsa da, içindəki böyük divan adamın diqqətindən yayınmır. Orada iki saata yaxın vaxt keçirdim: ağ kağız otaqda yox idi, növbətçi hissədən gətirilənə kimi vaxt getdi. Əvvəl ərizə yazmalı oldum, sonra isə dedilər ki, bu kifayət deyil, izahat da yazmalısınız.

Növbəti gün sakitlik idi. Üçüncü gün Dəllər stansiyasından zəng gəldi: “Sizə şad xəbərimiz olacaq. Deyəsən, planşet tapılıb.” Axşam zəng etdilər ki, “gözünüz aydın, planşet tapılıb, yəqin sabah sizdə olar.” Doğrusu, çox sevindim. Planşet baha olmasa da, Cavadın bütün sevimli oyunları və onun üçün vacib olan əyləncə materialları içində idi.

Dünən axşam polis idarəsindən zəng gəldi ki, planşet artıq yoldaş Səfərovdadır, gəlib götürə bilərsiniz. Dedim: “Kimsə gəlib götürə bilər?” Səhər Tengizi göndərdim və yoldaş Səfərova zəng etdim ki, özüm gələ bilmirəm, oğlum gəlib, verin ona. O isə bildirdi ki, yox, siz özünüz gəlib izahat yazmalısınız. Üstəlik əlavə etdi ki, xanımınız da gəlsin, çünki 102-yə zəng edən odur. Əslində, xanımımın polisə getməyində problem görmürəm. Sadəcə, birincisi – o 102-yə zəng etməyib, ikincisi isə – bir planşetə görə niyə bu qədər əsəb və gərginlik yaşanmalıdır? Və bu qədər izahat niyə alınmalıdır?

Bir qədər fikrə getdim. Sonda Səfərova dedim: “Daha o planşeti istəmirəm. Qoy sizdə qalsın.”

Şahbaz Xuduoğlu,

"Qanun" nəşriyyatının direktoru, naşir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 İyun 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri