Icma.az
close
up
RU
Cavanşir Feyziyevlə müsahibə

Cavanşir Feyziyevlə müsahibə

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

TRT/Azerbaycan saytının Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan – Şimali Kipr Parlamentlər arası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyevlə xüsusi müsahibəsini təqdim edirik.

- Azərbaycan Respublikası Qıbrız - Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq əlaqələrini quran ikinci ölkədir. Siz Azərbaycan Milli Məclisinin Şimali Kipr Türk Cümhuriyyəti parlamenti dostluq qrupunun rəhbərisiniz. Bu dostluq əlaqələrinin gələcəyini necə görürsünüz?

- 2024-cü ilin 5 aprel tarixində Azərbaycan Respublikası Milli Məclisi Şimali Kipr Türk Respublikası ilə Parlamentlərarası Dostluq Qrupunun yaradılması barədə qərar qəbul edib. Həmin gündən ötən müddət ərzində hər iki parlamentin nümayəndə heyətləri qarşılıqlı səfərlər edib. Məqsədimiz ölkələrimiz arasında siyasi-iqtisadi və mədəni-humanitar əlaqələrin canlandırılması yolu ilə yeni qarşılıqlı əməkdaşlıq münasibətləri yaratmaqdan ibarətdir. İnanıram ki, qarşılıqlı əməkdaşlıq üçün potensial var. Xüsusilə, elm, təhsil, mədəniyyət və turizm sektorlarında çalışan peşəkar mütəxəssislərimiz arasında işbirliyinin yaranması üçün geniş imkanlar mövcuddur. Hazırda bu işbirliyinin müxtəlif biznes sahələrinə genişləndirilməsi üçün qarşılıqlı imkanlar öyrənilir. Kənd təsərrüfatı və sənaye məhsullarının idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün yollar aranır. Bizim vəzifəmiz bu araşdırmaları həyata keçirməklə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən iş adamlarını məlumatlandırmaq və onları əməkdaşlığa təşviq etməkdir.

- Şimali Kipr Türk Cümhuriyyəti 1983- cü ildə azadlığa qovuşdu. Lakin bu günə qədər dünyada ikili standartlar davam edir. Məhz bu səbəbdən Şimali Kipr Türk Cümhuriyyəti dünya ölkələri tərəfindən tanınmır. Siz necə düşünürsünüz, Qərb niyə bu ikili standartları davam etdirir?

- Hələ 1960-cı illərdən başlayaraq Yunanıstan hakimiyyətinin dəstəyi ilə yerli rumlar tərəfindən Kipr türklərinə - qıbrızlara qarşı sərt ayrı-seçkilik siyasəti yürüdülüb. 500 ildən çox burada yaşayan türklərin sıxışdırılb adadan çıxarılması üçün onlara qarşı kütləvi deportasiyalar və qətllər həyata keçirilib. 1974-cü ilin Barış Hərəkatı qısa bir müddət üçün nisbi sakitliyi təmin etsə də, daha sonra Yunanıstan tərəfindən həyata keçirilən dövlət çevrilişi nəticəsində adada etnik təmizləmə siyasəti davam etdirilib. Nəhayət, Türkiyənın hadisələrə müdaxiləsindən sonra bu hadisələrin də qarşısı qismən alınıb. Lakin yenə də  bərabər hüquqlu iki icmanın birgə yaşadığı vahid dövlət qurmaq mümkün olmadığından 1983-cü ilin 15 noyabrında adanın türk əhalisi öz müstəqilliklərini elan ediblər. 1983-cü ildə Şimali Kipr öz müstəqilliyini elan edənə qədər adanın qıbrızlar çox sınaqlarla üzləşmişdi. Müstəqilliyini elan etdikdən sonra da bütövlükdə Qərb dünyası bu günədək Kipr türklərinin haqlarını tanımaqdan imtina edirlər. 2004-cü ildə o zamankı BMT Baş katibi Kofi Annanın təşəbbüsü ilə adanın birləşdirilməsi ilə bağlı referendum keçirildi. Referendumda adanın rumlu sakinləri türklərlə bir dövlətdə yaşamaqdan imtina etsələr də türklər birgəyaşayışa səs verdilər. Buna baxmayaraq Avropa İttifaqı adanın rum kəsimini “Kipr Respublikası” adı altında tanıyaraq Avropa İttifaqına üzv qəbul etdi. Eyni zamanda, Kipr türklərinin - qıbrızların müstəqilliyini tanımaqdan imtina olundu. Bununla da sadəcə Yunanıstanın deyil, bütövlükdə Avropanın Kipr türklərinə qarşı açıq-aşkar ayrı-seçkilik siyasəti apardığı bir daha özünü göstərdi.

Göründüyü kimi, Avropa təkcə Kipr türklərini yox, ümumiyyətlə türk xalqını öz tərkibində görmək istəmir. Türkiyənin Avropa İttifaqına üzvlüyünün yarım əsrdir təxirə salınması da məhz Qərbin ikili standartlar siyasətinin göstəricisidir.

Mövcud şəraitdə Kipr türklərinin öz dövlətini qoruyub saxlamaq və inkişaf etdirməkdən başqa yolu yoxdur. Ona görə də böyük Türk dünyası qıbrızların bu keşməkeşli taleyinə biganə qala bilməz. Bu gün yalnız Türkiyə tərəfindən rəsmən tanınmış  Şimali Kipr Türk Respublikasının siyasi, iqtisadi və mənəvi dəstəyə ehtiyacı var. Parlamentlərarası İşçi Qrupunun yaradılması da məhz bu zərurətdən doğub və biz öz səlahiyyətlərimiz çərçivəsində kiprli soydaşlarımıza bu dəstəyi göstərməyə çalışırıq. Düşünürəm ki, bütün müstəqil türk dövlətləri ilə Şimali Kipr Türk Respublikası arasında siyasi-iqtisadi və mədəni əlaqələrin qurulması ŞKTR-nin beynəlxalq təcrid vəziyyətindən çıxarılmasına və onun müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verə bilər. Ona görə də Mərkəzi Asiya türk dövlətlərini də Şimali Kipr Türk Respublikası ilə əlaqələrin qurulmasına və adada yaşayan soydaşlarımıza siyasi-mənəvi dəstək verilməsinə çağırırıq.

- Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında iqtisadi, siyasi, təhsil və mədəniyyət sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikası prezidenti İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində son illər Şimali Kipr Türk Respublikası ilə əlaqələrimizdə xüsusi bir canlanma var. ŞKTR Türk Dövlətləri Təşkilatında (TDT) müşhidəçi üzv statusu qazanıb. Parlamentlər arasında birbaşa münasibətlər yaradılıb və çox yüksək səviyyədədir. Təhsil sahəsində əməkdaşlıqda böyük uğurlarımız var. Hazırda 1000-dən çox Azərbaycanlı tələbə Şimali Kipr universitetlərində təhsil alır. Hər iki ölkənin mədəniyyət təmsilçiləri arasında davamlı işbirliyi var. Universitetlərin professor-müəllim heyətləri arasında çıx əlaqələr mövcuddur. 2023-cü ildən Şimali Kiprdən bir sıra kənd təsərrüfatı məhsulları idxal edilib və hazırda biznesmenlər arasında görüşləri canlandırmağa çalışırıq. Düşünürəm ki, Mərkəzi Asiya türk dövlətləri ilə Şimali Kipr Türk Respublikası arasında da analoji əlaqələrin yaranması vacibdir və  Azərbaycan – Şimali Kipr Parlamentlər arası işçi qrupumuz bu istiqamətdə səylər göstərir. Bir sözlə, məqsədimiz Şimali Kipr Türk Respublikasının beynəlxalq siyasi və iqtisadi sistemə inteqrasiya olunmasına fayda verməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Dekabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see255

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see201

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see171

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see149

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see145

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see133

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri