Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Cavid Hüseynov: Mənə qədər Səbail də məşqçilər otağının qapısı 3 il idi açılmırdı MÜSAHİBƏ, I HİSSƏ

Cavid Hüseynov: Mənə qədər Səbail də məşqçilər otağının qapısı 3 il idi açılmırdı MÜSAHİBƏ, I HİSSƏ

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan milli komandasının keçmiş futbolçusu, "Səbail" klubunun sabiq baş məşqçisi Cavid Hüseynovun Offsideplus.Az saytına müsahibəsi

 

"KURBAN BERDİYEV MƏNİM FİKİRLƏRİMƏ ÖNƏM VERİRDİ"

- Misli Premyer Liqasının başa çatmasına bir tur qalıb. Çempionatı necə dəyərləndirərdiniz?

- Premyer Liqa maraqlı keçdi. Düzdür, mövsümü bəzi klublar üçün uğurlu hesab etmək olmaz. Çünki bir neçə komandadan daha yaxşı nəticə gözlənilirdi. Büdcəni nəzərə alsaq, “Neftçi” və “Sabah”ın çempionatda daha yüksək yerlərdə qərarlaşacağı proqnozlaşdırılırdı. “Sabah”ın ölkə kubokunda finala yüksəlməsi böyük uğurdur. Ancaq söhbət sırf Premyer Liqadan gedirsə, təbii ki, “Neftçi” və “Sabah” mövsümü bir az aşağı pillələrdə başa vururlar. “Qarabağ” həmişəki kimi, qızıl medallar uğrunda mübarizə aparırdı və böyük xal fərqi ilə 1-ci yeri tutdu. Görünür, tezliklə “Qarabağ”ı üstələyəcək komanda olmayacaq. “Zirə” ötənilki uğurunu təkrarladı...

- Bəs “Araz-Naxçıvan”ın tarixində ilk dəfə 3-cü yeri tutub avrokuboklara vəsiqə qazanması sizin üçün sürpriz olmadı?

- Əgər mövsümün əvvəlində “Araz-Naxçıvan”ın çempionatı 3-cü sırada başa vuracağı deyilsəydi, bu, təəccüblə qarşılanardı. Amma Elmar Baxşıyevin komandası həqiqətən yaxşı oyun göstərdi, son ana qədər bürünc medalları heç kimə vermədi.

- Çempionata “Turan Tovuz”da başlayıb 4 ay sonra “Səbail”ə keçdiniz. “Turan Tovuz”la əməkdaşlığınız necə yarandı?

- Hər şey ani baş verdi. “Turan Tovuz”dan dəvət gələndə, Kurban Berdiyevin köməkçisi olmağa məmnuniyyətlə razılaşdım. Sözsüz ki, Berdiyevi yaxşı tanıyırdım. “Rubin”in baş məşqçisi qismində Çempionlar Liqasındakı uğurlarından xəbərdar idim. Berdiyevin özü ilə görüşdüm. Onun mənə sualları oldu.

- Məsələn, hansı suallar?

- Birinci görüşümüzdə məni taktiki baxımdan yoxlamaq qərarına gəldi. Bilirdi ki, mən “Şamaxı”da “5-li müdafiə” sistemini tətbiq etmişdim. Berdiyev özü də 5 müdafiəçidən ibarət taktiki sxemi sevir. Bir neçə sual verdi. Hətta taktiki sxemlər üçün lövhədən də istifadə etdi.

- Bir növ mini-imtahan alındı...

- Bəli. Bu, mənim özümə də xoş idi. Ertəsi günü mənə “Turan Tovuz”dan zəng edib dedilər ki, Kurban Berdiyev səninlə işləməyə razıdır.

- Berdiyevlə işbirliyi sizə nə verdi?

- O, müdafiə planında çox məlumatlıdır. Həddən artıq savadlı, təcrübəli məşqçidir. İntellektual səviyyəsi yüksəkdir. Berdiyevdən çox şey öyrəndim. Taktikada detallara toxunmaq baxımından təcrübə yığdım. Hətta “Səbail”də işlədiyim vaxt 4-4-2 sxeminə keçsəm də, bəzi detallar üzərində dayanırdım. Berdiyevdən öyrəndiyim bilik, savad müdafiə xəttində mənə çox kömək edirdi.

- Sizdən gözləntiləri nə idi?

- Berdiyev “Turan Tovuz”da məşqçilər arasında ayrı-seçkilik etmirdi. Amma məndən gözləntiləri çox idi. Onun bir cəhəti xoşuma gəlirdi ki, həmişə məşq prosesi ilə bağlı məsləhətləşmələr aparırdı. Nəyə diqqət etmək lazımdır, nəyin üzərində daha çox işləmək məqsəduyğundur. Özünü heç vaxt təkəbbürlü aparmazdı, çox sadə idi, fikirlərimizi öyrənirdi. Əsasən də mənim mövqeyimə önəm verirdi. Mənə çox xoş idi ki, belə bir məşqçi mənim fikirlərimi dinləyir.

 

"İŞİMƏ DƏSTƏK VERİLƏCƏYİNİ GÖZLƏYİRDİM"

- Ancaq siz mövsümün ortalarında, daha doğrusu noyabrın əvvəllərində “Turan Tovuz”u “Səbail”ə dəyişdiniz. Bu niyyətinizi ilk dəfə Berdiyevə bildirəndə onun reaksiyası necə oldu?

- Artıq xəbər mətbuata sızmışdı. Həmin vaxt ortada heç nə yox idi. 

- Yəni, “Səbail”dən rəsmi təklif yox idi?

- Rəsmi yox. Şifahi şəkildə razılığa gəlinməsi düşünülürdü. Ancaq hansı yollasa, məlumat mətbuata çatmışdı. Bunu görəndə çox narahat oldum. “Turan Tovuz” rəsmilərinə və baş məşqçiyə yaxınlaşdım. Bildirdim ki, mətbuatda “Səbail”lə anlaşmağım barədə xəbərlər dərc olunub, amma mən heç kimlə razılaşmamışam.

- KİV-də yazılanlardan “Turan Tovuz” rəsmiləri və Kurban Berdiyevin xəbəri var idi?

- Yox. Onlara dedim ki, heç kimlə görüşməmişəm, razılaşmamışam. Sadəcə, jurnalistlər belə xəbər yazıblar. Əgər “Səbail”ə getsəm, bundan hamıdan əvvəl siz xəbər tutacaqsınız. Belə fikir söylədiyimə görə Kurban Berdiyev mənə təşəkkürünü çatdırdı. Mənim açıq sözlü olmağım onun xoşuna gəlmişdi. Özü də həmişə deyirdi ki, sən çox səmimi, sözü üzə deyən insansan. Bu cəhətimi təqdirəlayiq sayırdı. Daha sonra mənə “Səbail” rəsmilərindən zəng gəldi, görüşüb müzakirələr apardıq. Fikirləşmək üçün vaxt istədim. Kurban Berdiyevlə də məsləhətləşdim. O vurğuladı ki, bu, sənin karyeranda yeni pillədir, əgər özünü hazır sayırsansa, niyə də olmasın. Uzun söhbət etdik. Həqiqətən o, ayrılmağımı istəmirdi. Eyni zamanda getməyimə maneçilik törətmək fikri yox idi. “Turan Tovuz” rəhbərliyi, şəxsən İdarə Heyətinin sədri Ehtiram Quliyev də getməyimi istəmirdi. Mən peşəkar futbolçu karyerama 17 yaşında “Turan Tovuz”da başlamışam. Tovuz, rayon sakinləri mənə çox doğmadır. Hətta “Turan Tovuz”da çalışanda öz-özümə deyirdim ki, kaş komanda olaraq burda yaşayardıq, Bakıya gedib-gəlməzdik.

- Və “Səbail”ə gəldiniz. İlk gün nələrin şahidi oldunuz? Təəssüratlarınız necə oldu?

- Bilirdim ki, “Səbail” Premyer Liqadan düşməmək uğrunda mübarizə aparır. Özümə çox güvənirdim. Qərar verməmişdən öncə komandanın heyətini analiz etmişdim. Düşünürdüm ki, “Səbail”i Premyer Liqada saxlamaq mümkündür.Bundan ötrü qış transfer mövsümündən maksimum yararlanmaq lazım idi. Qış fasiləsinədək ardıcıllıqla “Qarabağ”, “Sabah”, “Araz-Naxçıvan”, “Şamaxı” və “Zirə” ilə görüşdük. Bu oyunlardan yalnız birində - “Şamaxı”ya qarşı matçda heç-heçə oynadıq, qalanlarında məğlub olduq. Qışda yaxşı təlim-məşq toplanışı keçdik. Mən gələndə komandada fiziki-taktiki cəhətdən problemlər var idi. Qış fasiləsində bunu da aradan götürdük. Çempionat bərpa olunan zaman uğurlu nəticələr göstərməyə başladıq. “Sumqayıt” və “Kəpəz”i üstələdik, “Turan Tovuz”, “Sabah” və “Araz-Naxçıvan”la qarşılaşmalar heç-heçə bitdi. Beləliklə, qısa zamanda 9 xal topladıq... Sadəcə, mənim bütün fikirlərim məşq prosesi, oyun planı, sırf meydançada baş verənlərlə bağlı idi. Məşqçinin işi nə ola bilər ki? Düzgün məşq proqramı, oyuna hazırlıq, oyuna köklənmək və nəticə qazanmaq. İşimə dəstək veriləcəyini gözləyirdim.

 

"SƏBAİL"DƏ MAAŞIMIN BİR HİSSƏSİNDƏN İMTİNA ETMƏYƏ HAZIR İDİM"

- “Dəstək” sözünü yenə istifadə etdiniz. Halbuki “Səbail”dəki son matçın ardından keçiriən mətbuat konfansında da bir neçə dəfə “dəstək”siz qaldığınızı bildirmişdiniz. Konkret nəyi nəzərdə tuturdunuz?

- Bilirsiniz, komandanın içində gedən proseslər zamanı hansısa boşluqlar ola bilər. Mən “Səbail”ə gələndə rəhbərliyin nəzərinə dərhal çatdırmışdım ki, qış “transfer pəncərəsi”ndən maksimum yararlanmalıyıq. Heyətin zəifliyindən savayı, onsuz da komandada yetərincə zədəli futbolçular var idi. Hətta “Səbail”ə gələndə hücumçu Ayman Boualinin zədəli olduğunu bilmirdim. O, mənim təyinatımdan bir tur əvvəl “Turan Tovuz”a qarşı oynamışdı. Yəni, məlumatım yox idi ki, komandada demək olar, 1 hücumçu var, o da xroniki zədə ilə transfer edilib. İşin içərisinə girdikdən sonra aydın oldu ki, heyətdə xroniki zədədən əziyyət çəkənlər çoxdur. Demə, Aymanı hər oyuna iynə vurub buraxırlarmış. “Turan Tovuz”la matçdan sonra həkimlər onun meydançaya çıxmasına qəti qadağa qoydular.

- Bəs qışda hücum xəttini niyə gücləndirə bilmədiniz?

- “Səbail” rəhbərliyi ilə bu barədə danışmışdıq. Transferlərin həyata keçiriləcəyinə söz vermişdilər. Mən 2 hücumçu və 1 stoper alınmasını istəyirdim. Hücumu gücləndirmək üçün son 2 ildə futbol oynamayan, xətrini çox istəsəm də, autsayder kluba kömək etmək iqtiarında olmayan Miradulla Abbasov komandaya cəlb olundu. Mənə göndərilən siyahıda bir ispan hücumçu və bir xorvatiyall stoperi bəyənmişdim. İkisi ilə də danışmışdım. İlkin razılıq əldə olunmuşdu. Lakin sonradan klub tərəfindən bildirildi ki, bu transferlər baş tutmayacaq. Əvəzində müdafiəçi Marko Nikoliç komandaya gətirildi. Heç onun transferi bizə uyğun deyildi. Beləliklə, heyətə yeni cəlb edilənlər effektsiz oldular.

- Sizə transferlər üçün lazımi büdcə ayrılmamışdı?  

- Əslində, yaxşı futbolçularla müqavilə bağlamaq mümkün idi. Həmin ərəfədə David Qomislə danışıb onun maaşının azaldılmasına nail oldum. Üstəlik Vüsal Mənsimov “Şamaxı”ya keçdiyinə görə müəyyən büdcəyə qənaət edildi. Hətta büdcəni artırmaq üçün öz əməkhaqqımın bir hissəsini transferlərə ayırmağa hazır idim. Rəhbərlikdəki bəzi şəxslərə də təklif etdim ki, gəlin klub naminə qazancımızın bir hissəsini transfer büdcəsinə əlavə edək və 2-3 sanballı futbolçu alaq. Təəssüf ki, buna da mənfi cavab verildi. Bilmirəm, necə deyim ki, doğru çıxsın... Hiss edirdim ki, sanki transfer məsələlərində mənim fikilərimə bir o qədər önəm verilmir. 

- Bu, nədən qaynaqlanırdı?

- Dərinə getmək istəmirəm. Həyata keçirilən transferlər göz qabağındadır. Bəzi məqamlarda söhbətlərimiz düz gəlmədi, fikirlərimiz üst-üstə düşmədi. Komanda üçün Premyer Liqadakı təhlükəni qabaqcadan görürdüm. Hətta qış fasiləsinə çıxmamışdan qabaq vurğulayırdım ki, “baxın ha, gecikə bilərik, transfer məsələləri ilə indidən məşğul olmalıyıq”. Onsuz da qışda yaxşı futbolçu tapmaq çətindir. Yəni, vaxtında həyəcan təbilini çalmışdım. Təəssüf ki, transferlər istədiyim səviyyədə olmadı. Hadisələrin gedişatı ürəyimcə deyildi. 

- Sanki bütün neqativlər toparlandı və martın 16-da “Neftçi”yə ev məğlubiyyətinən sonra mətbuat konfransında “partlayış” baş verdi...

- Nə olursa-olsun, mən vicdan məsələsində həssasam. Hər insan öz işinə vicdanla yanaşı bilmir. Amma mənin necə çalışdığımı rəhbərlik görürdü. Orada məşqçilər otağı var idi. Mənə deyirdilər ki, sən bura gələnəcən bu otağın qapısı 3 ildir açılmır. Lakin biz – məşqçilər hər gün səhər saat 9-dan otağa girirdik, məşqlərin gedişini yazırdıq, oyun planını tuturduq, növbəti görüşə hazırlaşırdıq. Mən də məşqçilərlə fikir mübadiləsi aparmağı, onları dinləməyi xoşlayıram. İşimizə peşəkar yanaşırdıq. “Səbail”də ilk gündən axırıncı günə qədər hər şeyin yaxşı olması üçün vicdanla çalışdım. Mən klubdan gedəndə işçilər məyus olmuşdular. Çünki işə yanaşmamı, onlara qarşı isti münasibətimi görürdülər.

- Mətbuat konfransı sona çatdı və 2 saat sonra “Səbail” rəsmi açıqlama yaydı: “Cavid Hüseynov istefaya göndərilib”. Bu iki saat ərzində nə baş verdi?

(ardı var...)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 May 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17154

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1031

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see235

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see171

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see168

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see148

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see145

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see130

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri