Icma.az
close
up
RU
Cavid Hüseynov sevindi, Ayxan Abbasovun qələbə həsrəti 10a çatdı

Cavid Hüseynov sevindi, Ayxan Abbasovun qələbə həsrəti 10a çatdı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Şamaxı – Səbail (Bakı) 0:0
1. Rikardo Fernandes – 6,0
17. Rafael Məhərrəmli – 6,0
(60. Səbayıl Bağırov, 76) – qiymətsiz
5. Arsen Ağcabəyov – 5,5
6. Rauf Rüstəmli – 5,5
82. Rüfət Abbasov – 6,0
24. Edqar Adilxanov – 5,5
32. Vasiliye Radenoviç – 5,0
11. Conatan Benteke – 6,0
(22. Qurban Səfərov, 88) – qiymətsiz
20. Leroy Mikels (k) – 6,0
9. Belajdi Pusi – 6,5
66. Vasiliye Bakiç – 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
80. Zahid Mərdanov
13. Ramin Əhmədov
19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Belajdi Pusi
1. Hüseynəli Quliyev – 6,5
74. Yusif Nəbiyev (k) – 6,0
77. Fərid Nəbiyev – 6,0
18. Süleyman Əhmədov – 5,5
20. Mərt Çəlik – 6,0
83. Nihad Qulyev – 6,0
19. Samir Abdullayev –5,5
(97. Oruc Məmmədov, 86) – qiymətsiz
8. Qorka Laruçça – 6,0
3. Dmitri Litvin – 5,5
7. Madi Queta – 6,0
14. Suleyman Alluş
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
6. Cabir Əmirli
15. Vüsal Məsimov
17. Gülağa Əsədov
16. Emin Rüstəmov
36. Azad Əsgərov
5. Gitay Sofir
Baş məşqçi: Cavid Hüseynov
Komandanın ən yaxşısı: Hüseynəli Quliyev
Qol: yoxdu.
Vərəqələr: R.Rüstəmli, 58 (qeyri-idman hərəkəti). C.Benteke, 63 (qeyri-idman hərəkəti). V.Bakiç, 68 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmrəli, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Rauf Allahverdiyev (Bakı).
VAR hakiminin köməkçisi: Pərvin Talıbov (Bakı).
Hakim-inpektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
14 dekabr. Şamaxı. Şəhər stadionu. 400 tamaşaçı (2200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Turun Şamaxıda keçirilən açılış matçı hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyırdı. “Şirlər” 9 oyunluq qələbəsizlik seriyasını qırmaq, “dənizçilər” isə sonuncu pillədən qurtulmaq istəyirdi.

“Şamaxı”nın ilk təhlükəli vəziyyəti 6-cı dəqiqəyə təsadüf etdi. Rafael Məhərrəmlinin qapı qarşısına ötürməsini Laruçça uzaqlaşdırma bilmədi. Topa yaxınlaşan Benteke ötürmə vermək istəsə də, yerdə qaldı. FİFA referisi “nöqtə”ni göstərən zaman Benteke dərhal ayaqlanıb topa sahib çıxdı. Əliyar Ağayev VAR monitorunda epizodu izləyəndən sonra penalti qərarını ləğv etdi. Referi Yusif Nəbiyevin Conatana qarşı qaydanı pozduğunu düşünürdü. Amma heç bir toxunuş olmadığını gördü. 19-cu dəqiqədə Fərid Nəbiyev Quetanın irəliyə göndərdiyi topa saxlamadan zərbə endirsə də, Rikardo yerində idi. Cəmi 2 dəqiqə sonra Laruçça - Samir – Yusif kombinasiyasını sonuncu qeyri-dəqiq zərbə ilə tamamladı. 32-ci dəqiqədə Alluş bir rəqibdən sıyrılıb, cərimə meydançasına ötürmə verdi. Rüfət Abbasovun topu uzaqlaşdırmaq cəhdi baş tutmadı. Topu ələ keçirən Queta zərbə endirsə də, Rüfət blok qoydu.
40-cı dəqiqədə Leroy Mikelsin cərimə zərbəsindən birbaşa qapıya göndərdiyi topun tora düşməsinə Hüseynəli Quliyev mane oldu. İlk hissənin bitməyinə saniyələr qalmış “Şamaxı” “Səbail”in qapısı qarşısında təhlükəli anlar yaşatdı. Mikelsin künc zərbəsindən cərimə meydançasına doğru ötürməsini Laruçça uzaqlaşdıra bilmədi. Topa yaxınlaşan Benteke qüvvətli zərbə vursa da, Hüseynəli bu dəfə də təslim olmadı. 59-cu dəqiqədə Laruçça qapı qarşısına ötürmə verdi. Nihad Quliyev başla zərbə endirsə də, Rikardo yerində idi. 71-ci dəqiqədə “Səbail” hesabı açmağa yaxın oldu. Laruççanın künc zərbəsindən qapı qarşısına ötürməsi zamanı Nihad başla zərbə vursa da, topun tora qovuşmasına Rikardo yox, Rafael Məhərrəmli gövdəsi hesabına mane ola bildi.
Matçın sonlarında “Şamaxı” qonaqların qapısı qarşısında təhlükəli anlar yaşatdı. 87-ci dəqiqədə Mikelsin qapı qarşısına ötürməsini Səbayıl Bağırov başla tamamlamaq istəsə də, top Yusifə dəyərək meydanı tərk etdi. Mikelsin künc zərbəsindən qapı qarşısına ötürməsini Hüseynəli uzaqlaşdırdı. Mikels yenidən qapı qarşısına ötürmə versə də, Bentekenin topa toxunmaq cəhdi uğursuz oldu. Qarşılıqlı hücumlar şəratində başa çatan oyunda qol vurulmadı. Bu nəticənin tərəflərdən hansınısa razı saldığını demək çətindi. Axı “Şamaxı”nın qələbəsiz oyunlar seriyası 10-a çatdı, “Səbail” də sonuncu pillədən qurtula bilmədi.
Gözdən qaçmadı
* Qazon qarla örtüldüyünə görə stadionun tam hazır vəziyyətə gətirilməsinin zəruriliyin nəzərə alan Peşəkar Futbol Liqasının qərarı ilə oyun nəzərdə tutulandan 20 dəqiqə gec başladı. Futboçular da oyunun gedişində meydandakı qarı-buzu təmizləməyə çalışırdı.
* “Səbail”in ehtiyat oyunçular skamyasında əyləşən futbolçuları sona yaxın topun Rüfət Abbasovun əlinə dəydiyini söylədi. Şamaxılı azarkeşlər isə bunun cavabında “artistlər” dedi.
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Dekabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri