Icma.az
close
up
RU
“Cavidin əvəzinə danışa bilmərəm” Elvin Məmmədov

“Cavidin əvəzinə danışa bilmərəm” Elvin Məmmədov

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Səbail”in baş məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının 30-cu turunda “Qarabağ”a 1:4 hesabı ilə uduzduqları oyunu şərh edib. 

Bakıvaxtı.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Futbolçu olanda demişdiniz ki, karyera baxımından Birinci Liqada oynamaram. Məşqçi karyeranız Birinci Liqaya doğru gedir. Orada işləyərsiniz?

- Əvvəlcə rəhbərliyə təşəkkür edirəm ki, bu yaşda məsuliyyəti mənə verdilər. Sağ olsunlar. Mənim üçün təcrübədir. Sonranı bu dəqiqə fikirləşmək istəmirəm. Amma nə xeyirlidirsə, o da olsun. İndidən o barədə danışmaq tezdir. Məşqçiliyə yeni başlayıramsa, niyə də olmasın? Bu gün ambisiyalı danışmağın yeri də yoxdur. Məşqçilik karyerama yeni başlamışam. 

- Matçın əvvəlində qapınıza vurulan 2 ardıcıl qol oyunun gedişatına təsir oldu?

- “Qarabağ”ın gücü bəllidir, onlara qarşı maksimum hazırlaşmışdıq. Oyunun əvvəllərində yaxşı mübarizə aparırdıq, top bizdə qalırdı. Uşaqlara demişdik ki, “Qarabağ” səhvi bağışlamır. Onlar keçidlər üzərində illərdir işləyirlər, bu da mükəmməl idi bu gün. Amma yenə də ani bir səhvdən sonra qol buraxdıq. Futbolda səhv qaçılmazdır. Demirəm, “Qarabağ”ı udacaqdıq, amma o qollara qədər yaxşı mübarizə gedirdi. Qollar oyunu sındırdı. 

- Dediniz ki, bu yaşda rəhbərlik sizə şans verib. Niyə belə düşünürsüz ki, yaşınız gəncdir?

- Bəlkə, bu da mənim təcrübəsizliyimdən irəli gəlir ki, fikrimi çatdıra bilmədim. İş təcrübəsi və kateqoriya baxımından deyirəm. Amma məndən yaxşı bilirsiniz ki, Avropa futbolunda nə qədər gənc məşqçilər var. 

- Şahin Diniyevdən sonra komandaya siz dəvət olundunuz. Rəhbərlik sizi həmin vaxt saxlasaydı, vəziyyət müsbət olardı?

- Bu barədə böyük-böyük danışmaq istəmirəm. Bəlkə, bundan betər, ya daha yaxşı ola bilərdik. Keçmişi geri qaytara bilmərik. Gələcəyə baxmaq, bunun da altından çıxmaq lazımdır. 

- Belə çətin vaxtda özünüzə necə motivasiya verirsiniz?

- Futbolçu olmuşam, bu çətinlikləri futbolçu kimi də yaşamışam. Ən sevdiyim işdir. Əlbəttə, çətindir. Klub rəhbərliyi tərəfindən də dəstək var. Niyə də olmasın motivasiya? Ümid sonda ölür. Qarşıda oyunlar var. Hər şey dəyişə bilər. Bunun üçün zaman lazımdır.

- “Kəpəz”lə aranızda olan xal fərqini aradan qaldırmağı real sayırsınız?

- Futbolda hər şey mümkündür. Təki Allah bizlə olsun, hər şey dəyişə bilər. 

- Cavid Hüseynov istefaya göndərildiyi gün demişdi ki, rəhbərlik komandanın yanında deyil. İndi rəhbərlik komandanın yanındadır?

- Hər kəsin fikrinə hörmətlə yanaşıram. Cavid o sözləri deyibsə, öz arqumenti var. Bu gün onun əvəzinə danışa bilmərəm. Bəlkə də, öz yanaşması və öz sualları var ki, ona cavab tapmaram. Mənim üçün birinci dövrdə də, indi də rəhbərlik yanımdadır. Onların dəstəyini hiss edirik. Hiss etdiriblər ki, mən buradayam.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Aprel 2025 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see286

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see266

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see260

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see244

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see242

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see212

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see204

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see197

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see187

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see179

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see165

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see159

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri