Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Çay süzmədi deyə, kafeni başına yıxdı Məhkəmə

Çay süzmədi deyə, kafeni başına yıxdı Məhkəmə

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabirabad rayonunda 1987-ci il təvəllüdlü Faiq həmkəndlisi Namilin çayxanasında xuliqanlıq etməkdə ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin dekabrın 21-də rayonun Həşimxanlı kəndində baş verib. Faiq həmin gün saat 20:30-da sərxoş vəziyyətdə Namilin işlədiyi çayxanaya gəlib və masa arxasında əyləşəndən sonra təkidlə ona çay süzməsini tələb edib. Namil ona çay süzmədiyi üçün mübahisə edib və orada olan şəxslərin gözü qarşısında əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verib.
Faiq Namili nalayiq söyüşlərlə söyüb, sonra masanın üzərində olan 1 ədəd çayniki, 3 ədəd stəkanı, 3 ədəd nəlbəkini, 2 ədəd külqabını, soyuducunun üzərindəki 10 ədəd pivə bakalını və çayxanadakı 1 ədəd kauçuk stolu sındırıb. Çayxana sahibinə 309 manat maddi ziyan vurub.
Daha sonra isə başı ilə Namilin sifət nahiyyəsindən zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faiqin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İttihama münasibət bildirən Faiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Sabirabad rayon Həşimxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayaraq fərdi əməklə məşğul olur:
“Mənimlə bir kənddə yaşayan Namil mənim atam Həmidin əmisi nəvəsidir. Namil yaşadığımız evin yaxınlığında asfalt yolun kənarında çayxanası var, həmin çayxananı özü işlədir”.
Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 21-də həmkəndlisinin “Ana Kür” şadlıq sarayında toy şənliyi olub: “Mən də həmin toy şənliyində iştirak etdim. Toyda yemək yeyərkən təxminən 500 qram araq içdim. Saat təxminən 20 radələrində toy şənliyindən çıxdım və taksi sürücüsü, həm də həmkəndlim Rahil Babaşovun avtomobili ilə getdim. Kənddə Namilin çayxanasının qarşısında düşdüm. Rahil isə getdi. Sonra isə çayxanaya keçərək əyləşdim və mobil telefonumda oyun oynamağa başladım. Həmin vaxt həmkəndlilərim Elnur və Rusif çayxanada başqa masa arxasında əyləşmişdi. Mən bir qədər mobil telefonda oyun oynayandan sonra qalxaraq Elnur və Rusifin yanında əyləşdim. Sonra isə Namilə mənim stəkanıma çay süzməsini dedim. Namil isə çay süzməyi borclu olmadığını dedi. Ona görə də əsəbləşərək masanın üzərində olan çayniki götürərək Namilə tulladım. Lakin çaynik Namilə dəyməyərək yerə düşdü. Bundan sonra isə qarşımızdakı masanın üzərində olan stəkanları da yerə çırparaq sındırdım. Bundan sonra çayxanada olan həmkəndlilərim məni çayxanadan çölə çıxartdılar. Sonra isə yenidən çayxanaya qayıtdım və Namilə yaxınlaşaraq başım ilə onun burun nahiyəsindən bir dəfə vurdum. Bundan sonra çayxanada olan şəxslər məni çölə çıxartmaq istəyərkən soyuducuya dəydiyim üçün soyuducunun üzərində olan bakallar yerə düşərək qırıldı. Çayxanada olanlar məni yenidən çölə çıxartdı. Mən də oradan çıxaraq evimizə getdim. Çayxanada Namilin əşyalarını sındırdığım üçün ona dəymiş maddi ziyanı da sonradan ona ödəmişəm”.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Faiq 1000 manat miqdarında cərimə edilib. Bu hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı Sabirabad Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri