Icma.az
close
up
RU
Məhkəmə çay evinin sahibini bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Məhkəmə çay evinin sahibini bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və qanunsuz narkotik saxlamada təqsirləndirilən Namiq Nəbisoyun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Namiq Nəbisoy 08 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində tanışları ilə birlikdə Binəqədi rayonu ərazisində yerləşən “099” çay evində yeyib-içdikdən sonra hesabın məbləğini bəhanə gətirərək obyektin sahibi, zərərçəkmiş Qulam Hacıyevlə (adı, soyadı şərtidir) mübahisə edib.
 

Mübahisə zamanı o, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, ətrafdakıların gözü qarşısında kobud ifadələr işlədib, əlində olan bıçaqla çay evinin sahibinə hücum edərək onun bel nahiyəsinə zərbə endirib. Bu hərəkət nəticəsində zərərçəkmiş şəxsin sağlamlığında qısa müddətli pozuntu yaradan xəsarətlər qeydə alınıb.


Hadisə ilə kifayətlənməyən Nəbisoy xuliqanlıq hərəkətlərini davam etdirərək, həmin vaxt orada olan digər şəxsə – zərərçəkmiş Malik Nəzərova (adı, soyadı şərtidir) da bıçaqla zərbə endirib.
Onun vurduğu xəsarət nəticəsində zərərçəkmişin döş qəfəsi və daxili orqanları zədələnib, hemopnevmotoraksla müşayiət olunan ağır bədən xəsarətləri alıb.
Bundan sonra Namiq Nəbisoy tanışları ilə birlikdə qrup halında hərəkət edərək dəmir boru, taxta və digər əşyalar vasitəsilə “099” çay evinin giriş qapısının şüşələrini sındırıb və ümumilikdə 250 manat məbləğində maddi ziyana səbəb olub.
Bundan əlavə, o, qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddə – ümumi çəkisi 8,173 qram olan metamfetamini əldə edib, üzərində saxlayaraq daşımışdır.
 

30 yanvar 2023-cü ildə keçirilən əməliyyat tədbiri zamanı saxlanılan təqsirləndirilən şəxsin üzərində aparılan axtarış nəticəsində psixotrop maddələr sellofan bükümlərdə aşkar edilərək götürülüb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Sentyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see229

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see227

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see219

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see212

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see203

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see180

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see168

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see154

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see135

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see132

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see128

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see127

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see126

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri