Icma.az
close
up
RU
Çaya “pesok” qarışdırıb içmək ilk dəfə harada ortaya çıxıb? Çox zərərli imiş

Çaya “pesok” qarışdırıb içmək ilk dəfə harada ortaya çıxıb? Çox zərərli imiş

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Dünyada insanlar tərəfindən ən çox istehlak edilən içkilərdən biri də çaydır.
Yeniavaz.com
xəbər verir ki, çayın vətəni Çin hesab olunsa da, artıq dünyanın əksər ölkələrində çay istehsalı və istehlakı geniş yayılıb.
Maraqlıdır ki, Çində yüzilliklər boyu çay içilsə də, çaya şəkər qarışdıraraq içmək ənənəsi ilk dəfə Avropada –  İngiltərədə ortaya çıxıb.
16-cı əsrin əvvəllərindən başlayaraq çay İngiltərədə populyarlıq qazanmağa başlayıb. Çay bahalı içki hesab olunduğu üçün daha çox varlı şəxslər tərəfindən istehlak edilib. Həmin dövrlərdə çayla bərabər şəkər də bahalı olub. İngiltərədə varlı təbəqə öz zənginliklərini nümayiş etdirmək üçün iki bahalı məhsulu – şəkəri və çayı qarışdırarq içməyə başlayıblar. Artıq 17-ci əsrin sonları, 18-ci əsrin əvvəllərində çaya şəkər əlavə etmək dəbdəbəli həyatın əsas əlamətlərindən birinə çevrilib. Avropada şəkərə tələbatın artması Amerikada şəkər plantasiyalarının sürətlə böyüməsinə də təkan verib.
Onu da bildirək ki, vaxtı ilə dəbdəbəli həyatın simvolu hesab olunan “şirin çay”ın insan orqanizmi üçün bir o qədər də faydalı olmadığı artıq məlumdur.
Çaya şəkər qarışdıraraq içməyin bir sıra zərərləri var və onları ümumiləşdirərək aşağıdakı kimi təqdim edə bilərik:
- Şəkər yüksək kalorili olduğu üçün artıq enerji qəbuluna səbəb olur. Şəkərli içkilərin (o cümlədən, çayın) müntəzəm istehlakı piylənmə riskini artırır;
- Şəkər qanda qlükoza səviyyəsini sürətlə yüksəldir və bu, insulin müqavimətinə səbəb ola bilər. Uzun müddət ərzində yüksək şəkər istehlakı 2-ci tip diabet riskini artırır;
- Şəkər diş minasını zəiflədən və diş çürüməsinə səbəb olan bakteriyaların qidalanmasına şərait yaradır. Xüsusilə, şəkərli çay içib sonra dişləri təmizləməmək dişlərin zədələnməsinə gətirib çıxarır;
- Artıq şəkər istehlakı xolesterin səviyyəsini artıraraq ürək xəstəlikləri riskini yüksəldir. Şəkərli içkilər qan təzyiqini də yüksəldə bilər;
- Şəkərin həddindən artıq istehlakı qaraciyərdə piylənməyə səbəb ola bilər ki, bu da uzun müddətdə qaraciyər xəstəliklərinə gətirib çıxara bilər;
- Şəkər beyində mükafat mərkəzini stimullaşdırır və bu, insanda şəkər istəyini artırır. Bu da bir növ asılılıq yarada və insanı daha çox şəkər istehlak etməyə yönləndirə bilər;
- Şəkər həzm sisteminin mikroflorasına mənfi təsir göstərir və həzmlə bağlı problemlərə, o cümlədən qəbizliyə və mədə turşuluğunun artmasına səbəb ola bilər;
- Şəkərin çox istehlakı dəridə sızanaq və erkən qocalma prosesini sürətləndirə bilər. Şəkər qlikasiya adlı prosesə səbəb olaraq dərinin elastikliyini azaldır;
- Şəkər qısa müddət ərzində enerjini artırsa da, sonra qanda şəkərin qəfil düşməsinə səbəb olur. Bu da insanın tez yorulmasına və əhvalının düşməsinə gətirib çıxarır;
- Şəkərin həddindən artıq qəbulu depressiya, əsəbilik və diqqət problemlərinə səbəb ola bilər.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 Fevral 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri